Mövlud Çavuşoğlu:‘‘Türkiyә әlindәki dәlillәri beynәlxalq ictimaiyyәtlә bölüşür’’

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu sәudiyyәli jurnalist Camal Xaşoqçi mәsәlәsi ilә bağlı bildirib ki, hazırda beynәlxalq istintaqın keçirilmәsi şәrtdir.

1088100

Türkiyә Böyük Millәt Mәclisindә jurnalistlәrin suallarını cavablandıran Mövlud Çavuşoğlu Xaşoqçinin  öldürülmәsi mәsәlәsi ilә bağlı  Türkiyәnin şәffaf istintaq apardığını vә bütün dünyanın bunu qәbul etdiyini deyib.

İstintaqı şәffaf şәkildә apardıqlarını qeyd edәn  Mövlud Çavuşoğlu deyib: ‘‘ İlk başda Sәudiyyә Әrәbistanı ilә birgә işçi qrupu yaratdığımızı dedik, ancaq hazırda  beynәlxalq istintaqın keçirilmәsi şәrtdir. Nә olursa olsun  biz bu cinayәtin bütün aspektlәrinin aydınlığa qovuşdurulması  üçün lazım  olan hәr şey edәcәyik’’.

Camal Xaşoqçinin vәhşicәsinә  öldürüldüyünü qeyd edәn Mövlud Çavuşoğlu kәşfiyyat vә hüquq-mühafizә orqanlarının әldә olunan  dәlillәri görmәk istәyәnlәrә bölüşdüyünü ifadә edib.

‘‘Türkiyә әlindәki dәlillәri beynәlxalq ictimaiyyәtlә bölüşür’’,-deyә Mövlud Çavuşoğlu qeyd edib.

Qeyd edәk ki, ‘‘Washington Post’’ qәzetinin müxbiri Camal Xaşoqçi 2018-ci ilin 2 oktyabr tarixindә Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluq binasına daxil olduqdan sonra itkin düşmüşdü.

Әlaqәli Xәbәrlәr