Kıbrısın 35 yaşı təntənəli şəkildə qeyd olunur

Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncı və xanımı Məral Akıncı ölkənin yaranmasının il dönümü mərasimləri çərçivəsində Prezident administrasiyasında təbrikləri qǝbul edib.

1088520
Kıbrısın 35 yaşı təntənəli şəkildə qeyd olunur

Təbrik mərasiminə Türkiyənin vitse-prezidenti Fuad Oktay, Şimali Kipr Türk Respublikası milli məclisinin rəhbəri Təbərrükən Uluçay, Baş nazir Tufan Erhürman, Ədalət və İnkişaf Partiyasının sədr müavini Cevdət Yılmaz, AK Partiyanın Məclisdəki qrupunun sədr müavini Bülent Turan, Milliyyətçi Hərəkət Partiyasının sədr müavini Calal Adan, Türkiyənin Lefkoşa səfiri Əli Murat Başçeri, nazirlər, deputatlar, müxtəlif təşkilatların rəhbərləri ilə vətəndaşlar qatılıb. Daha sonra paytaxt Lefkoşada Atatürkün abidəsinə əklil buraxılıb.

Prezident M.Akıncı abidə qeydiyyət dəftərinə bunları yazıb: "Əziz Atatürk; Şimali Kipr Türk Respublikasının yaranmasının 35-ci il dönümündə huzurundayıq. Sizin pirinsip və İnqilablarınızdan ilham alaraq, ictimaiyyəti və dövlət quruluşumuzu müasir sivilizasiya səviyyəsinə qaldırmaq, elmə üstünlük verən dünyəviliyi qorumağa çalışacayıq. Bir çox çətinliyə baxmayaraq, Şimali Kipr Türk Respublikasının iqtisadiyyatı və demokratiyası başda olmaqla hər sahədə inkişafını təmin etmək uğrunda lazımlı addımları atmaqda davam edəcəyik.

Türkiyənin vitse –prezidenti Fuat Oktay bunları yazıb: "Əziz Atatürk; Şimali Kipr Türk Respublikasının yaranmasının 35-ci il dönümünü Kiprli Türk qardaşlarımızla qürur və həyəcanla qeyd edirik. Kipr Türk xalqı pirinsipləriniz istiqamətində, azadlıq mübarizəsini davam etdirir. Türkiyə respublikasının Kipr Türk xalqına dəstəyi həmişə davam edəcək, Ruhun şad olsun.

Şimali Kipr Türk Respublikasının yaranmasının 35-ci il dönümü münasibətiylə Girnə, İskelə, Qazimaqosa, Güzelyurt və Lefkədə də mərasimlər keçirildi.



Әlaqәli Xәbәrlәr