Fuad Oqtay İtaliyada sәfәrdәdir

Türkiyә Prezidentinin kömәkçisi Fuad Oqtay sәfәri çәrçivәsindә İtaliya Baş naziri Cuzeppe Konte ilә bir araya gәlib.

1086645
Fuad Oqtay İtaliyada sәfәrdәdir

Türkiyә Prezidentinin kömәkçisi Fuad Oqtay İtaliyada sәfәrdәdir.

Fuad Oqtay sәfәri çәrçivәsindә İtaliya Baş naziri Cuzeppe Konte ilә bir araya gәlib.

İtaliyada keçirilәcәk ‘‘Liviya Konfransı’’ ilә әlaqәdar Palermoya sәfәr edәn Fuad Oqtay ilә Konte iki ölkә arasındakı münasibәtlәri müzakirә ediblәr. Mәlumata görә, görüş mәtbuata qapalı keçirilib.

Liviya mәsәlәsinә dә toxunan tәrәflәr Liviyanın әrazi bütövlüyü, suverenliyi vә siyasi  birliyinin әhәmiyyәtini vurğulayıblar.

Strateji tәrәfdaş İtaliya ilә olan birgә layihәlәrin başa çatdırılması, yeni layihәlәrin müәyyәn edilmәsi mәsәlәsi әtrafında fikir mübadilәsinin aparıldığı görüşdә  iki ölkә arasında mövcud hökümәtlәrarası mexanizminin sürәtlә hәyata keçirilmәsi mövzusunda razılıq әldә olunub.

Türkiyә Prezidentinin kömәkçisi Fuad Oqtay daha sonra İtaliya Baş naziri Cuzeppe Kontenin ‘‘Liviya Konfransı’’da iştirak edәnlәrin şәrәfinә verdiyi ziyafәtә qatılıb.

Fuad Oqtay burada Yunanıstan Baş naziri Aleksis Çipras, Çexiya Baş naziri Andrej Babis vә Malta Baş naziri Cozef Muskatla söhbәt edib.

Fuad Oqtay hәmçinin Avropa İttifaqı Şurasının sәdri Donald Tusk, Liviyanın  nümayәndә heyәtlәri vә digәr iştirakçılarla da görüşüb.



Әlaqәli Xәbәrlәr