Rәcәb Tayyib Әrdoğan Donald Trampla görüşdü

Türkiyə Prezidenti  Rәcәb Tayyib Әrdoğan və ABŞ prezidenti Donald Tramp  Emmanuel Makron tərəfindən dövlət və hökumət başçılarının və onların xanımlarının şərəfinə verilən ziyafətdə söhbәt ediblәr.

1085429
Rәcәb Tayyib Әrdoğan Donald Trampla görüşdü
erdogan-trump fransa2.jpg
erdogan-trump fransa1.jpg

Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi ilə əlaqədar Parisdə keçirilən tədbirlərdə iştirak etmək üçün bu ölkəyə səfər edən Türkiyə Prezidenti Rәcәb Tayyib Әrdoğan  bir sıra dövlət başçıları ilə görüşüb.

Mәlumata әsasәn,  Türkiyə Prezidenti Rәcәb Tayyib Әrdoğan və xanımı Әminә Әrdoğan  Parisdə "Musée d’Orsay" muzeyində olub.

Rәcәb Tayyib Ərdoğan və xanımı Әminә Әrdoğan  Türkiyə və xarici KİV-lərin nümayəndələrini salamlayıb.

Muzey gəzintisi zamanı Rəcəb Tayyib Ərdoğan və xanımı Әminә Әrdoğan  Moldovanın dövlət başçısı İqor Dodon və bu ölkənin birinci xanımı ilə söhbətləşiblər.

Türkiyə Prezidenti  Rәcәb Tayyib Әrdoğan və xanımı Әminә Әrdoğan  daha sonra Emmanuel Makron tərəfindən dövlət və hökumət başçılarının və onların xanımlarının şərəfinə verilən ziyafətdə iştirak ediblər.

Qeyd edillir ki, Türkiyә prezidenti Rәcәb Tayyib  Ərdoğan  ziyafәtdә iştirak edәn ABŞ prezidenti Donald Trampla söhbət edib. Ağ Ev  şam yemәyindә görüşәn iki liderin sәudiyyәli jurnalist Camal Xaşoqçi cinayәtini müzakirә etdiklәrini bildirib.

Fransa prezidenti Emmanuel Makron və xanımı Bricit Makron ilə də söhbət edən Prezident Ərdoğan ziyafәtdә iştirak edәn dövlәt vә hökumәt başçıları və beynəlxalq təşkilatların rəhbərləri ilə də bir araya gəlib.

Almaniya Kansleri Angela Merkel ilə  dә söhbət edən Prezident Rәcәb Tayyib Әrdoğan  və xanımı Əminə Erdoğan  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Baş Katibi Xose Angel Qurria və xanımı Lulu Quintana De Qurria ilə də görüşüblər.

Ərdoğan Serbiya prezidenti Aleksandr Vucic, Bosniya və Herseqovina prezident Şurasının sədri Bakir İzzetbeqoviç, Liviya Dövlət Başçılığı Şurasının sədri və Baş naziri Fayez әl-Sarraj, Qətər Əmiri Şeyx Təmin bin  Hәmad Әl Sani və Livan Baş naziri Saad әl-Hariri ilə də bir müddət söhbət edib.



Әlaqәli Xәbәrlәr