Numan Kurtulmuşdan ABŞ-a YPG reaksiyası

Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş Amerika Birləşmiş Ştatlarının  separatçı terror təşkilatı PKK-nı terror təşkilatı kimi, onun Suriya qolu YPG/PYD-ni isə qanuni təşkilat kimi tanımasının ikiüzlülük olduğunu söylədi.

1084150
Numan Kurtulmuşdan ABŞ-a YPG reaksiyası

Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş  paytaxt Ankarada Anadolu Naşirlər Cəmiyyətinin təşkil etdiyi tədbirdə media nümayəndələri ilə görüşdü.
 
 ABŞ-ın PKK başçılarının başına mükafat qoymasını müsbət qarşıladıqlarını bildirən Kurtulmuş bunun gecikmiş bir hərəkət olduğunu bildirdi.
 
 Bu mükafat açıqlaması ilə ABŞ rəsmilərinin PYD/YPG-nin terror təşkilatı qəbul edilmədiyi ilə bağlı ifadələrinin uyğun gəlmədiyinə işarə edən Kurtulmuş ABŞ-ın PKK ilə PYD/YPG arasında heç bir fərq olmadığını bildiyini söylədi.
   
 Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini: "Orada siz PYD/YPG-ni terrorçu  qəbul etmirsiniz, o zaman bu təşkilat nədir? Bu təşkilatın beynəlxalq hüquq baxımından tərifi nədir?" deyə soruşdu.

Kurtulmuş Türkiyənin məsələni yaxından təqib etdiyini, Suriyada ərazi bütövlüyünə və demokratik prosesin bərpasının tərəfdarı olduğunu dilə gətirdi.
 
Kurtulmuş Türkiyənin oynanan oyunu bildiyini vurğuladı.



Әlaqәli Xәbәrlәr