Türkiyə 2017-ci ildə dünyanın ən çox humanitar yardım edən ölkəsi oldu

Türk Qızılayının rəhbəri Kərəm Kınık Türkiyənin 2017-ci ildə 8,6 milyard dollarlıq məbləğlə ən çox humanitar yardım edən ölkə olduğunu bildirdi.

1083082
Türkiyə 2017-ci ildə dünyanın ən çox humanitar yardım edən ölkəsi oldu

 Türk Qızılayının rəhbəri Kərəm Kınık İzmir şöbəsi tərəfindən təşkil olunan ziyafətə qatıldı.

Ziyafətdə çıxış edən Kınık İzmirin mədəniyyəti və siması ilə çox əhəmiyyətli bir şəhər olduğunu söylədi.
 
 Türk Qızılayı təşkilatının 150-ci ilinin qeyd olunduğunu xatırladan Kınık  Qızılayın 7 min əməkdaşı ilə həyata keçirdiyi fəaliyyətlərdə sosial xidmətlər, yardımlar və təhsil məsələlərində milli gücü artırmaq məqsədi daşıdığını və bu yolda işinə davam etdiyini bildird.
 
Kərəm Kınık qaçqın axını deyə bir həqiqətin olduğunu və 4 milyona yaxın insanın Türkiyəyə sığındığını vurğuladı.
 
 Dünyanın 40 nöqtəsində müharibələrin davam etdiyinə, hər gün minlərlə insanın qaçqın vəziyyətinə düşdüyünə diqqət çəkən Qızılay rəhbəri sözünə belə davam etdi: "Bu gün dünyada insanlar əzab çəkərkən biz bu insanların vicdanı olaraq daha çox məsuliyyət daşıyırıq. Öz dərdimizi çəkəcəyik, öz insanımızın əlindən tutub, ayağa qaldıracağıq, lakin insanlıq da bizdən çox şey gözləyir. Bu gün bu torpaqlar üzərinə düşəni edir. Türkiyə 2017-ci ildə dünyanın ən çox humanitar yardım edən ölkəsi oldu, 8,6 milyard dollarla öz vətəndaşına deyil, başqa insanlara etdiyi yardımla bunu bacardı".



Әlaqәli Xәbәrlәr