Türkiyə rəsmi Bağdada terrorla mübarizədə dəstəyini davam etdirəcək

Türkiyə dünən İraqda törədilən terror aktlarını qınayaraq, rəsmi Bağdada terrorla mübarizədə dəstəyini davam etdirəcəyini bildirdi.

1082144
Türkiyə rəsmi Bağdada terrorla mübarizədə dəstəyini davam etdirəcək

Türkiyə dünən İraqda törədilən terror aktlarını qınayaraq, rəsmi Bağdada terrorla mübarizədə dəstəyini davam etdirəcəyini bildirdi.

Xarici İşlər Nazirliyinin açıqlamasında Bağdadın müxtəlif bölgələrində törədilən və xeyli adamın həyatını itirməsinə və yaralanmasına səbəb olan terror hücumlarının sərt şəkildə qınandığı bildirilib.

Açıqlamada qeyd edilib ki, hücumlarda həyatını itirən iraqlı qardaşlarımıza Allahtan rəhmət, yaxınlarına başsağlığı, yaralılara təcili şəfa diləyirik. Türkiyə terrorla mübarizədə İraqa dəstəyini davam etdirəcəkdir.

Qeyd edək ki, Bağdadın müxtəlif bölgələrində dünən törədilən partlayışlarda 8 nəfər həlak oldu, 16 nəfər yaralandı.  



Әlaqәli Xәbәrlәr