Milli Müdafiə naziri Hulusi Akar Liviyada səfərdədir

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar dünən səfərdə olduğu Liviyada Milli Razılaşma Hökuməti Rəhbərlik Şurasının sədri Fayiz əs-Sərrac ilə görüşüb.

1082287

Hulusi Akar Mitiqa Hava Limanında Liviyanın Müdafiə nazirinin müavini Ovhida Abdulla Najem, Ordu komandiri general Əbdürrəhman Omran əl Tawele, Türkiyənin Tripoli səfiri Əhməd Aydın Doğan və digər rəsmilər tərəfindən qarşılanıb, daha sonra Baş Nazirliyin binasında bu ölkənin Müdafiə naziri olan Rəhbərlik Şurasının sədri Fayiz əs-Sərrac ilə bir araya gəlib və heyətlər arasında keçirilən görüşlərə başçılıq edib.

Hulusi Akarın Liviyada keçirdiyi görüşlərdə iki ölkə arasındakı müdafiə və hərbi sahələrdə əməkdaşlıq ilə regional təhlükəsizlik mövzuları müzakirə olunub.

Әlaqәli Xәbәrlәr