Ankaradakı Heydər Əliyev Bağında ağacəkmə aksiyası

Prezident Rəcəb Tayyib Ərdoğan “Fidanlar fidanlarla böyüyür!” şüarı altında təşkil olunan aksiyada iştirak etdi.

1082806
Ankaradakı Heydər Əliyev Bağında ağacəkmə aksiyası
Erdogan-agac

Prezident Rəcəb Tayyib Ərdoğan Ankaranın Batıkent rayonunun Uğur Mumcu məhəlləsində yerləşən Heydər Əliyev Bağında təşkil olunan ağacəkmə aksiyasında iştirak etdi və ağac əkdi.

“Fidanlar fidanlarla böyüyür!” şüarı altında keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, Ankara ictimaiyyətinin tanınmış simaları, səfirlər, deputatlar, o cümlədən məktəblilər iştirak etdilər.

Qeyd edək ki, ağacəkmə aksiyası ilə bağlı Heydər Əliyev Bağında böyük izdiham yaşandı.

Əvvəlcə Prezident Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış etdi.

Ədalət və İnkişaf Partiyası tərəfindən həyata keçirilən ağacəkmə aksiyasının davamı olan “Fidanlar fidanlarla böyüyür!” layihəsinin əhəmiyyətindən danışan Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, bu gün Türkiyənin 81 vilayətində 10 milyon ağac əkiləcək. Ölkəmiz yaşıllaşdırma işləri ilə dünyada meşəlik sahələrini genişləndirən nadir ölkələrdən birinə çevrilib. Partiyamızın hakimiyyəti zamanı ildə 4 milyard 70 milyon ədəd ağac əkilib. 

Qeyd edək ki, Ankaradakı Heydər Əliyev Bağında hər il 1000 ağac əkilir. 



Әlaqәli Xәbәrlәr