Ərdoğan Trampla apardığı telefon danışığının  təfərrüatlarından danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin hədəfinin separatçı terror təşkilatları PYD/YPG-nin Suriyanın Münbiç bölgəsindən tezliklə çıxması olduğunu söylədi.

1081076
Ərdoğan Trampla apardığı telefon danışığının  təfərrüatlarından danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna dövlət başçısı Pyotr Poroşenko ilə İstanbulda keçirdiyi mətbuat konfransında Türkiyə-Amerika Birləşmiş Ştatları münasibətləri ilə bağlı verilmiş sualı cavablandırdı.
 
Türkiyə prezidenti ABŞ prezidenti Donald Tramp ilə apardığı telefon danışığının  təfərrüatlarını bölüşdü.
 
 Türkiyə-ABŞ arasındakı razılığa əsasən terrorçu qrupların Münbiçdən 90 gün ərzində çıxarılmalı olduğunu, lakin bu müddətin dolduğunu Trampa bildirdiyini qeyd edən Ərdoğan: "Türkiyə Xarici İşlər nazirinin və ABŞ dövlət  katibinin bir yol xəritəsi vardı, buna əməl edilmədi" dedi.
 
Ərdoğan Tramp ilə telefon danışığında toxunulan digər mühüm mövzunun isə maliyyə məsələsi ilə bağlı addımlar olduğunu bildirdi.
 
 Türkiyə prezidenti Trampın maliyyə məsələləri və Münbiç problemi ilə bağlı nazirlərinə tapşırıq verdiyini söylədiyini ifadə etdi.
 
 Ərdoğan görüşdə iki nazirlə bağlı sanksiyalar məsələsinin də müzakirə olunduğunu, sanksiyalartın müəyyən olunan gün və saatda dayandırıldığını bildirdi.
 
 Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Tramp ilə növbəti görüşünün Fransanın paytaxtı Parisdə olacağı barədə məlumat verərək dedi: "Məlumdur ki, Parisdə Beynəlxalq toplantı var. Bu görüşdə cənab Tramp ilə daha fərqli məsələlərlə bağlı üz-üzə görüşmək imkanımız olacaq. Rusiya prezidenti hörmətli Vladimir Putin ilə də eyni şəkildə. Yəni dünya liderlərinin bir hissəsi ilə orada bu növ məsələləri müzakirə etmək fürsətimiz olacaq".



Әlaqәli Xәbәrlәr