İbrahim Kalın "Barbar, Müasir, Mədəni" adlı yeni kitabını təqdim etdi

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Qərb cəmiyyətlərinin mədəniyyət haqqındakı sözlərinin tükənməkdə olduğunu, İslam dünyasının isə deyəcək sözünün axtarışında olduğunu söylədi.

1081103
İbrahim Kalın "Barbar, Müasir, Mədəni" adlı yeni kitabını təqdim etdi

 Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalının "Barbar, Müasir, Mədəni" adlı yeni kitabının təqdimatı İstanbul Akademiya Beyoğlunda keçirildi.
 
 Yeni kitabı haqqında məlumat verən Kalın kitabda son 100-150 ildə gündəmdən düşməyən mədəniyyət anlayışından bəhs etdiyini söylədi.
 
Mədəniyyət anlayışının çox hallandırıldığını qeyd edən İbrahim Kalın  müasir dövrdə həm müharibə etmək, həm də sülhü  bərqərar etmək istəyənlərin mədəniyyət anlayışına istinaq etdiklərini vurğuladı.
 
Sözçü 19-ci əsrdə Avropanın müstəmləkəçilik siyasətini qanuniləşdirmək üçün mədəniyyət anlayışından çox geniş şəkildə istifadə edildiyini bildirdi.
 
İbrahim Kalın İngiltərənin Hindistanda, Fransa və Belçikanın Afrikada həyata keçirdiyi müstəmləkəçilik siyasətinin "Biz oraya mədəniyyət aparırıq" iddiası ilə qanuniləşdirilməyə çalışıldığını xatırlatdı.
 
Kalın: "Müstəmləkəçi ölkələr insanları istila etdikləri ərazilərdən Avropaya gətirərək böyük sərgilərdə və sonra da insan bağçaları adlanan heyvanxanalarda nümayiş etdirirdilər. 1840-1850-ci illərdən etibarən Avropanın bütün paytaxtlarında insan bağçalarının yaradıldığını görürük" dedi.
 
Prezident Aparatının sözçüsü bu insan bağçalarının son nümunəsinin 1958-ci ildə Brüsseldə açıldığını qeyd edərək: "İnsanın dünya ilə sülh içində olması, özü ilə barışıq olması,  metafizik dünya ilə sülh içində olması bu dünyada sülhə nail olmağın əsas prinsipidir" dedik. Ağıl və xeyirxahlığa əsaslanan bir mədəniyyət ancaq bu prinsiplər üzərində yüksələ bilər. Bu gün baxdığınız zaman Qərb cəmiyyətlərinin mədəniyyət haqqındakı sözləri tükənmək üzrədir, İslam dünyası isə deyəcək sözünün axtarışındadır. Bu axtarış hansı istinadlara əsaslanmalıdır, hansı istiqamətdə irəliləməlidir? Bu suallara kitabda cavab verməyə çalışdıq" deyə danışdı.



Әlaqәli Xәbәrlәr