"Avropanın ən mühüm keçid mərkəzi - İstanbul Hava Limanı", R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Yeni Hava Limanının açılış mərasimində şıxış etdi.

1077757
"Avropanın ən mühüm keçid mərkəzi - İstanbul Hava Limanı", R.T.Ərdoğan
Erdogan_İstanbul hava limanı_03.jpg
Erdogan_İstanbul hava limanı_04.jpg
Erdogan_İstanbul hava limanı_05.jpg
istanbul-yeni-havalimani-erdogan.jpg

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Yeni Hava Limanının açılış mərasimində şıxış etdi.

  "İstanbul Hava Limanının bütün dünyaya, bölgəmizə və ölkəmizə xeyirli olmasını Allahdan arzu edirəm" sözlərilə nitqinə başlayan R.T.Ərdoğan əvvəlcə yeni hava limanının adını açıqlayaraq dedi:

  “Yeni hava limanının adı İstanbul Hava Limanıdır.

  İstanbul təkcə Türkiyənin nəhəng şəhəri deyil, həm də ölkəmizin ən dəyərli etiketidir. Bu böyük əsər məhz əvəzolunmaz şəhərimizdə qurulduğu üçün ona İstanbul adını verdik.

  Atatürk Hava Limanı da aeroport olaraq qalır. İstanbul Hava Limanının tam gücülə çalışmağa başlayandan sonra Atatürk Hava Limanı yalnız işgüzar səfərlər üçün nəzərdə tutulacaq. Aviasiya sərgiləri və başqa bir sıra fəaliyyətlər üçün də Atatürk Hava Limanı eyni adla xidmət göstərməyə davam edəcək.

  2013-cü ildə tenderi keçiriləndə bir çox dairə bu layihənin sonunu maraqla gözləyirdi.

  Bu gün (29 oktyabr) 90 milyonu nəzərdə tutan ilkin mərhələ sərnişinlərə təhvil verildi. 2028-ci ildə İstanbul Hava Limanının bütün mərhələləri bitəndən sonra sərnişin həcmi 150, lazım gələrsə, 200 milyona çatacaq. Bu, həm də o deməkdir ki, 10 il ərzində bu hava limanı böyüməyə davam edəcək.

  Nəzərinizə çatdırım ki, İstanbul Hava Limanının investisiya dəyəri 10 milyard 247 milyon avrodur.

  Mən bu hava limanını təkcə Türkiyə deyil, bölgə və dünyaya böyük xidmət olaraq görürəm.

  Bu nəhəng layihənin tikintisindən tutmuş istismarına qədər hər mərhələsində əməyi keçən, töhfəsi olan dövlət qurumlarımıza, banklara, firmalara, podratçılara, mühəndisindən ta ən sadə işçisinə qədər hamıya təşəkkürlərimi bildirirəm.

  İstanbul Hava Limanı dünyaya nümunə olacaq bir layihədir.

  Atılan addımlar sayəsində aviasiya sahəmizin dövriyyəsi 2,2 milyard dollardan 25 milyard dollara yüksəlib.

  Artıq Avropanın ən mühüm keçid (transfer) mərkəzi İstanbul olacaq. Mövqeyi və xüsusiyyətləri ilə tarixə damğa vuracaq bu əsərin ölkəmizdə inşa edilməsi bizə şərəfdir.

  Türkiyə dünyanın ən böyük 10 iqtisadiyyatından biri olmağa, sülh, əmin-amanlıq və təhlükəsizliyin simvolu olmağa qərarlıdır.

  Region və dünyadakı bütün dostlarımıza müraciət edirəm: “Gəlin, hamımız üçün dinc, təhlükəsiz və firavan gələcəyi birlikdə inşa edək".



Әlaqәli Xәbәrlәr