Ərdoğan xalqı 29 Oktyabr Cümhuriyyət Bayramı münasibətilə təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Səlcuqlu və Osmanlıdan təhvil aldığı tarixi səfərini gələcək hədəflərilə taclandıracağını söylədi.

1077259
Ərdoğan xalqı 29 Oktyabr Cümhuriyyət Bayramı münasibətilə təbrik etdi

   29 Oktyabr Türkiyə Cümhuriyyəti Bayramı münasibətilə xalqı təbrik edən mesajında R.T.Ərdoğan bildirib:

  “Türkiyəni bu günə gətirənlərə minnətdarıq. Bundan sonra da Türkiyənin qarşısında duran vəzifələrlə daha üst səviyyəyə çıxacağıq.

  Tarixə məzlumlara arxasını dönən deyil, evini və çörəyi bölüşən, hər məsələdə seçimini haqq, ədalət tərəfdarı olaraq edən bir ölkə kimi düşmək şərəfi bizə kifayətdir. Bu mövqeyimizdən heç vaxt çəkilməyəcək, heç bir əngəl, heç bir təxribat və heç bir oyunun bizi hədəflərimizdən saxlamasına imkan verməyəcəyik.

  Terrorizmlə mübarizədə və 15 İyul 2016-cı il dövlət çevrilişi cəhdində həyatlarını itirən təhlükəsizlik qüvvələri əməkdaşları və vətəndaşlarımızı da yada salırıq. Onlar xalqın yaddaşında və dövlətin kimliyində daima yaşayacaqlar.

  Türkiyənin uğurları məzlumların ümidlərini artırır. Elə bu səbəbdən də ölkəmiz dünyanın ən böyük 17-ci iqtisadiyyatı olduğu halda, humanitar yardımlar məsələsində milli gəlirə görə ilk sırada yerləşir. Hər kəsin qapısını və qəlbini bağladığı qaçqınlara evini və ürəyini açan, insani məsuliyyətlərini yerinə yetirən yeganə ölkə Türkiyədir.

  Türkiyə xalqının tarixində qazandığı qələbələr onun nəcabətli duruşunun bir simvoludur.

  Səlcuqludan Osmanlıya və gənc Türkiyə Cümhuriyyətinə qədər gələn tarixi yolda davam edən böyük səfərimizi, inşaallah, 2023 hədəflərimizlə taclandıracaq, 2053 və 2071 perspektivlərimizlə isə daha üst səviyyəyə çıxaracağıq".



Әlaqәli Xәbәrlәr