Mövlud Çavuşoğlu vә Mayk Pompeo arasında telefon danışığı olub
Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu vә Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo arasında telefon danışığı olub.
Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu vә Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo arasında telefon danışığı olub.
Mayk Pompeo oktyabrın 17-dә jurnalist Camal Xaşoqçınin öldürülmәsi ilә bağlı keçirdiyi görüşlәr çәrçivәsindә Sәudiyyә Әrәbistanından sonra Ankaraya sәfәr etmişdi.
Mayk Pompeo sәfәri çәrçivәsindә Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan vә Xarici İşlәr naziri Mövlud Çavuşoğlu ilә görüşmüşdü.
‘‘Washington Post’’ qәzetinin müxbiri Camal Xaşoqçi 2018-ci ilin 2 oktyabr tarixindә Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluq binasına daxil olduqdan sonra itkin düşmüşdü.
Sәudiyyә Әrәbistanı rәhbәrliyi oktyabrın 20-dә Camal Xaşoqçinin konsulluq binasında baş verәn mübahisә zamanı öldüyünü açıqlamışdı.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.