Rәcәb Tayyib Әrdoğan vә Mәhәmmәd bin Salman arasında telefon danışığı olub
Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.
1075101
Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan vә Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi Mәhәmmәd bin Salman arasında telefon danışığı olub.
Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, vәliәhd şahzadә Mәhәmmәd bin Salmanın tәlәbi ilә baş tutan telefon danışığında sәudiyyәli jurnalist Camal Xaşoqçi cinayәtinin aydınlığa qovuşdurulması üçün göstәrilәn birgә sәylәr vә bu çәrçivәdә atılacaq addımlar müzakirә olunub.