Hulusi Akar: "Türkiyənin mənafelərinə zidd qərar alınarsa..."

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Yunanıstan tərəfindən Aralıq dənizinin şərqində Türk gəmilərinə qarşı yeni təcavüzə heç vaxt imkan verməyəcəklərini bildirdi.

1074835
Hulusi Akar: "Türkiyənin mənafelərinə zidd qərar alınarsa..."

 Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Anadolu Xəbər Agentliyinin redaktor masasının qonağı oldu.
 
 Akar Afina hökumətinin zaman-zaman Yunanıstanın qərbindəki quru sularını 12 milə çıxartma cəhdlərinə qarşı Türkiyənin və Türk Silahlı Qüvvələrinin mövqeyinin çox dəqiq olduğunu söylədi.
 
 Akar: "Türkiyənin hüquq və mənafelərinə zidd qərar alınarsa, buna qarşı lazımi tədbirlər görərik" dedi.
 
 Türkiyə və Yunanıstanın bir-birilərinin haqlarına təcavüz etməməsinin və müqavilələrə hörmət göstərməsinin doğru olduğunu söyləyən Akar bu məsələdə sağlam düşüncənin hakim olmasının vacibliyinə diqqət çəkdi.
 
Müdafiə naziri Türkiyənin və ŞKTR-in olmadığı heç bir layihənin bu bölgədə uğurlu olmasının mümkün olmadığını vurğuladı.
 
 Yunanıstan tərəfindən  Aralıq Dənizinin şərqində Türk gəmilərinə qarşı zaman-zaman həyata keçirilən təcavüzlərə toxunan Akar regionda Türkiyə döyüş gəmilərinin lazımi qorumanı təmin etdiyini, yeni bir təcavüzə heç vaxt imkan verməyəcəklərini bildirdi.



Әlaqәli Xәbәrlәr