Almaniyanın İqtisadiyyat və Energetika naziri Türkiyədə səfərdədir

Türkiyədə rəsmi səfərdə olan Almaniyanın İqtisadiyyat və Energetika naziri Peter Altmaier Almaniya və Türkiyənin son dövrdə asan olmayan siyasi bir prosesdən keçdiyini qeyd etdi.

1075577
Almaniyanın  İqtisadiyyat və Energetika naziri Türkiyədə səfərdədir

Almaniyanın İqtisadiyyat və Energetika naziri Peter Altmaier Türkiyədə rəsmi səfərdədir.

Altmaierin başçılıq etdiyi nümayəndə heyətinin Ankaradakı  ilk dayanacağı avtomobil sənayesində fəaliyyət göstərən alman şirkəti "Farhym" oldu.
 
 Altmaier zavodu gəzərək baş direktor Bülənd Akgöldən məlumat aldı.
 
 Burada mətbuat nümayəndələrinin suallarını cavablandıran Altmaier Türkiyədə 7 mindən çox alman firmasının olduğunu söylədi.
 
 Altmaier bu şirkətlərlə yanaşı, Türk və alman əməkdaşları olan çox sayda firma olduğuna diqqət çəkərək, zavodda  əhəmiyyətli iş təcrübəsinə malik insanlarla bir araya gəldiklərini və çox təsirləndiklərini ifadə etdi.
 
 Almaniya ilə Türkiyə arasındakı əlaqələrin son dövrdə asan olmayan siyasi bir prosesdən keçdiyini xatırladan Altmaier: "Bu gün Türkiyədə həyata keçirdiyimiz rəsmi səfərin əsas məqamı ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, siyasi münasibətlərin qüvvətləndirilməsidir.Türkiyə iqtisadi olaraq çox güclü bir ölkədir. Mənim hədəfim iqtisadi əməkdaşlıq nəticəsində yaxınlaşmağımızdır. Bu sərmayə iqtisadiyyatımızın nə qədər iç-içə olduğunu göstərir. Buna görə siyasi və diplomatik sahədə mövcud olan problemlərin həll edilməsinin siqnalını vermək istəyirəm. İqtisadi əməkdaşlığın irəliləməsini də təmin etməliyik" şəklində danışdı.
 
 Almaniyalı nazir Türkiyənin regionun sabitliyindəki əhəmiyyətinə  işarə edərək dedi: "Türkiyə əhəmiyyətli geostrateji rola malikdir. Türkiyə İdlib bölgəsində 10 minlərlə insanın həyatını xilas edən atəşkəsin təmin olunmasına təkan verdi. Türkiyə qonşu ölkələrdəki hadisələrin inkişafı məsələsində də böyük rol oynayır". 
 
 Səfəri çərçivəsində Türkiyə-Almaniya iqtisadi əlaqələrini hərtərəfli şəkildə müzakirə edəcəklərini qeyd edən Altmaier sözünə belə davam etdi:"Sərmayə qoymaq istəyən şirkətləri bir araya gətirməyi, enerji sahəsində Türkiyədə təşkil ediləcək əməkdaşlığı müzakirə edirik. Yenilənə bilən enerjidə infrastruktur sahəsində investisiyalar məsələsi var. Bu sahədə görüləcək çox işlər və böyük fürsətlər vardır. Bu imkanlardan istifadə etmək istəyirik".
 
 Peter Altmaier Anıtqəbiri ziyarət edərək, Atatürkün məzarının önünə əklil qoydu, xatirə kitabına ürək sözlərini yazdı.

Almaniyanın  İqtisadiyyat və Energetika naziri Xəzinə və Maliyyə Naziri Bərat Albayraq ilə də görüşdü.



Әlaqәli Xәbәrlәr