Türkiyә prezidenti vә İordaniya Kralı arasında telefon danışığı olub

Türkiyә Prezident Aparatının mәlumatına görә, tәrәflәr ikitәrәfli münasibәtlәri müzakirә ediblәr.

1074836
Türkiyә prezidenti vә İordaniya Kralı arasında telefon danışığı olub

Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan vә İordaniya Kralı II Abdullah arasında telefon danışığı olub.

Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, tәrәflәr ikitәrәfli münasibәtlәri müzakirә ediblәr.

Türkiyә vә İordaniya arasındakı әlaqәlәrin hәr sahәdә inkişaf etdirilmәsinin  әhәmiyyәtinә toxunulan görüşdә Azad Ticarәt Sazişi ilә bağlı mәsәlәlәri hәll etmәyi  hәdәflәyәn sәylәrin dәstәklәnmәsi mövzusunda razılıq әldә olunub.

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan vә İordaniya Kralı II Abdullah  iki ölkә arasındakı әlaqәlәri daha da inkişaf etdirmә mәsәlәsindәki qәtiyyәtlәrini dilә gәtiriblәr.



Әlaqәli Xәbәrlәr