"Dəlillər ortaya çıxdıqca ictimaiyyətlə bölüşəcəyik", R.T.Ərdoğan

Ankara Beştepe Millət, Mədəniyyət və Konqres Mərkəzində təşkil edilən tədbirdə (Danıştay Sempozyumu) Ərdoğan bunları söyləyib

1074713
"Dəlillər ortaya çıxdıqca ictimaiyyətlə bölüşəcəyik", R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Camal Xaşoqçı cinayətini ortaya çıxarmanın ədalət məsuliyyəti olduğunu bildirərək məsələnin qaranlıq tərəflərini işıqlandıracaq dəlillərin hamısını ictimaiyyətlə paylaşacaqlarını dedi.

  Ankara Beştepe Millət, Mədəniyyət və Konqres Mərkəzində təşkil edilən tədbirdə (Danıştay Sempozyumu) Ərdoğan bunları söyləyib:

  “Hələ iş bitmədi, söküb-çıxarırıq. Dünya da bu işi yaxından təqib edir.

  Türkiyə son 16 ildə məhkəmədən iqtisadiyyata qədər bir çox islahata imza atıb. Sabitlik içində və güvən verən bir ölkəyik.  

  Harada zülm varsa, bütün imkanlarımızla aradan qaldırmaq üçün əlimizdən gələni edirik.

  Təkcə özümüz deyil, hər kəs üçün ədalət istəyirik. İnsanı insan edən dəyərlər maddi maraqlara qurban edilməməlidir.

  C.Xaşoqçi cinayətilə hüquq-mühafizə, xüsusi xidmət və məhkəmə orqanlarımızın bu zamana qədər əldə etdiyi sənədləri beynəlxalq ictimaiyyətlə bölüşdük. İş davam edir. Qətlin qaranlıq tərəflərini işıqlandıracaq dəlillər ortaya çıxdıqca ictimaiyyətlə bölüşəcəyik”.



Әlaqәli Xәbәrlәr