"Bu dənizlərdə özbaşınalığa heç vaxt imkan verməyəcəyik", H.Akar

Paytaxt Ankaranın Polatlı qəsəbəsində “Atəş sərbəstdir” 2018 hərbi təliminə qatılan Hulusi Akar deyib...

1073489
"Bu dənizlərdə özbaşınalığa heç vaxt imkan verməyəcəyik", H.Akar

  Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Şimali Kipr, Egey dənizi, Şərqi Aralıq dənizində heç bir özbaşına addıma heç vaxt imkan verilməyəcəyini bildirib.

  Paytaxt Ankaranın Polatlı qəsəbəsində “Atəş sərbəstdir” 2018 hərbi təliminə qatılan Hulusi Akar çıxışında Şərqi Aralıq dənizində keçən həftə Yunanıstan gəmisinin Türkiyə gəmisinə qarşı təcavüzü ilə bağlı deyib:

  “Türkiyə yaxşı qonşuluq əlaqələrini inkişaf etdirmək istəyir və bunu hər fürsətdə dilə gətirir. Buna baxmayaraq, ölkəmiz Egey dənizi və Şərqi Aralıq dənizində heç bir özbaşına addıma heç vaxt yol verməyəcək. Egey dənizi və Aralıq dənizində Türkiyə və Şimali Kıbrısın (Şimali Kipr Türk Cümhuriyyəti) yer almadığı hər hansı layihənin həyata keçmə şansı yoxdur. Bunu hamı bilməli və təxribatdan çəkinməlidir".  



Әlaqәli Xәbәrlәr