"Bu təşkilatın aktiv olduğu ölkələrin sayı sürətlə azalıb", M.Çavuşoğlu

Kosovoda görüşlərdə olan M.Çavuşoğlu əvvəlcə ölkənin baş naziri Ramuş Haradinay (Ramush Haradinaj), sonra parlamentin sədri Qədir Veseli tərəfindən qəbul edilib.

1072523
"Bu təşkilatın aktiv olduğu ölkələrin sayı sürətlə azalıb", M.Çavuşoğlu

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fətullahçı Terror Təşkilatının (FETÖ) aktiv olduğu ölkələrin sayının sürətlə azaldığını deyib.

  Kosovoda görüşlərdə olan M.Çavuşoğlu əvvəlcə ölkənin baş naziri Ramuş Haradinay (Ramush Haradinaj), sonra parlamentin sədri Qədir Veseli tərəfindən qəbul edilib.

  Türklərin sıx olduğu Kosovanın Prizren rayonunda türk nümayəndələri ilə də görüşən Çavuşoğlu Balkanların sabitliyi, birliyi və iqtisadi inkişafının Türkiyə üçün əhəmiyyətli olduğunu vurğulayıb. O, eyni zamanda, Kosovoda Türkiyədəki dövlət universitetinə bağlı bir filial açılmasından bəhs edib. Çıxışında FETÖ mövzusunda da toxunan nazir təşkilatın bir zaman Kosovo da daxil olmaqla 160-dan çox ölkədə fəal olduğunu, amma 15 İyul (2016) çevriliş cəhdindən sonra saylarının sürətlə azaldığını qeyd edərək deyib: “Artıq bir çox ölkə bunların necə təhlükəli bir təşkilat olduğunu gördü”.



Әlaqәli Xәbәrlәr