Səudiyyə Ərəbistanı etiraf etdi: "Camal Kaşıqçı öldürülüb"

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-da yer alan xəbərə görə...

1072264
Səudiyyə Ərəbistanı etiraf etdi: "Camal Kaşıqçı öldürülüb"

  Səudiyyə Ərəbistan hökuməti 2 oktyabrda İstanbul Baş Konsulluğuna girdikdən sonra xəbər alınmayan səudiyyəli jurnalist Camal Kaşıqçının "konsulluq binasında baş verən dava-dalaş nəticəsində öldüyünü" etiraf edib.

  Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-da yer alan xəbərə görə, Səudiyyə Ərəbistanı Prokurorluğunun apardığı istintaq nəticəsində Camal Kaşıqçının İstanbul Baş Konsulluğuna getdiyi sırada burada olan "başqa Səudiyyə vətəndaşları ilə mübahisə başladığı, mübahisənin davaya çevrilməsi nəticəsində isə Kaşıqçının həyatını itirdiyi" qeyd olunub.

  Səudiyyə Ərəbistanı Prokurorluğu hadisə ilə əlaqədar 18 vətəndaşının saxlanıldığını bildirib.



Әlaqәli Xәbәrlәr