Çavuşoğlu Qaşıqçı istintaqı ilə bağlı danışdı

Türkiyənin Xarici işlər naziri Mevlüt Çavuşoğlu Səudiyyə jurnalist Camal Qaşıqçı istintaqı çərçivəsində əldə ediləcək konkret dəlilləri beynəlxalq cəmiyyətlə paylaşacayıq. Bu barədə Türkiyənin Xarici işlər naziri M.Cavuşoğlu  bəyanat yayıb.

1071972
Çavuşoğlu Qaşıqçı istintaqı ilə bağlı danışdı

Mevlüt Çavuşoğlu, Albaniyaya reallaşdırdığı rəsmi səfər çərçivəsində bu ölkənin Xarici işlər naziri Ditmir Bushati ilə bir araya gəlib. Daha sonra iki həmkar birgə mətbuat konfransı təşkil edib.

M.Çavuşoğlu, jurnalistlərə açıqlamasında: “Türkiyə, Camal Qaşıqçı istintaqı nəticəsində əldə ediləcək konkret nəticəni bütün detalları ilə açıqlayacaq.

Türkiyənin, Amerika Birləşmiş Ştatları dövlət katibi Mike Pompeo və ya başqa bir Amerikalıya Qaçıqçı məsələsi ilə əlaqəli səs qeydi verdiyinə dair xəbərdə doğru deyil”-deyə Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, Səudiyyə islahatçıların əhəmiyyətli platformu hesab edilən Əl-Vətən qəzetinə güclü dəstək verən Washington Post qəzeti yazıçısı Camal Qaşıqçı 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. O itkin düşdükdən sonra Türkiyə və Səudiyyə Ərəbistanlı səlahiyyətlilərin iştirakı ilə yaradılan ortaq iş qrupu 15-16 oktyabr tarixində konsulluq və 17 oktyabrda isə konsulun yaşadığı məkanda ətraflı araşdırma aparılıb.



Әlaqәli Xәbәrlәr