Türkiyə prezidenti Moldovaya səfər edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moldova prezidenti İqor Dodonun dəvəti ilə Moldovaya səfər edir.

1070241
Türkiyə prezidenti Moldovaya səfər edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moldova prezidenti İqor Dodonun dəvəti ilə Moldovaya səfər edir.

Prezident Aparatının Mətbuat Mərkəzindən verilən yazılı açıqlamada Ərdoğanın rəsmi səfərinin iki gün davam edəcəyi, Moldova prezidenti İqor Dodon ilə təkbətək və heyətlərarası görüşlə keçirəcəyi qeyd edildi.

Görüşlərdə iki ölkənin təxminən 500 milyon dollar olan ticarət həcminin 1.5 milyard dollara çıxarılması və Türk şirkətlərinin  Moldovaya sərmayə üçün təşviq edilməsi məqsədilə atılacaq addımlar müzakirə olunacaq.
 
 Ərdoğan və Dodon ikitərəfli münasibətlər, regional məsələlər və başda Fətullahçı Terror Təşkilatı (FETÖ) olmaqla, terrorla mübarizə məsələlərini müzakirə edəcəklər.
 
Türkiyə prezidenti paytaxt Kişinyovda 2009-cu ildə Moldovadakı dövlət çevrilişi cəhdi zamanı darmadağın edildikdən sonra Türkiyə tərəfindən bərpa edilən Prezident Aparatı binasının açılışını edəcək.
 
 Ərdoğanın görüşləri zamanı Moldovada 350 milyon dollarlıq sərmayə qoyan 213 Türk firmasının bəzi rəhbərləri bir araya gələcək.
 
 Türkiyənin dövlət başçısı Gagauz Muxtar Bölgəsində ikidilli (gökoğuz və moldova dilləri) uşaq bağçalarının da açılışında iştirak edcək.
 



Әlaqәli Xәbәrlәr