Ərdoğan Moldovada səfərdədir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moldovaya Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı xəbərdarlıq etdi.

1070609
Ərdoğan Moldovada səfərdədir
dodon-erdogan2.jpg
dodon-erdogan1.jpg

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moldova prezidenti İqor Dodonun dəvəti ilə bu ölkəyə səfər etdi.

  Kişinyov Hava Limanında Dodon və xanımı tərəfindən qarşılanan Ərdoğan və xanımı Əminə Ərdoğan üçün Prezident Sarayında rəsmi qarşılanma mərasimi təşkil olundu.

  Mərasimdən sonra təkbətək və heyətlərarası görüşlər keçirildi.

  Görüşlərdə ikitərəfli münasibətlər, regional məsələlər və başda FETÖ olmaqla, terrorla mübarizə müzakirə olundu.

  Daha sonra Türkiyə ilə Moldova arasında Strateji Tərəfdaşlıq Bəyanatı imzalandı.

 Görüşlərdən sonra Ərdoğan və Dodon mətbuata açıqlamalar verdilər.

Prezident Ərdoğan çıxışında FETÖ-yə qarşı mübarizədən bəhs etdi, Türk xalqının moldovalı dostlarından gözləntisinin lazım olan dəstəyin tərəddüdsüz şəkildə göstərilməsi olduğunu söylədi.

 Ərdoğan FETÖ-nün Türkiyə Silahlı Qüvvələrinə, polisə, məhkəməyə, dövlətin bütün orqanlarına sızmış bir terror təşkilatı olduğunu qeyd edərək: "Bu terror təşkilatı, hazırda Moldovada dövlət orqanlarına sızmaqla burada da eyni addımları ata bilər" dedi.

 Ərdoğan Türkiyənin iki dövlət bankının - Xalq Bankı və Ziraat Bankından birinin, və ya ikisinin də Moldovada ən qısa zamanda şöbə açacaqlarını bildirdi.

 Moldova prezidenti Dodon  Türkiyənin həm ölkəsinin rifahının təmin olunması, həm də Qaqauz Muxtar Bölgəsinin probleminin həll edildiyi dövrlərdə çox mühüm rol oynadığını qeyd edərək: " Türkiyə milli maraqlarımızın qorunması və yaxşı münasibətlərin qurulması məsələsində əhəmiyyətli nümunədir" dedi.

 Türkiyənin ölkəsinin inkişafına verdiyi dəstəkdən bəhs edən Dodon: "Türkiyə Moldovanın sabit və güclü olmasına kömək etdi" dedi.

Türkiyə prezidenti paytaxt Kişinyovda 2009-cu ildə Moldovadakı dövlət çevrilişi cəhdi zamanı darmadağın edildikdən sonra Türkiyə tərəfindən bərpa edilən Prezident Aparatı binasının açılışını edəcək.
 
 Ərdoğanın görüşləri zamanı Moldovada 350 milyon dollarlıq sərmayə qoyan 213 Türk firmasının bəzi rəhbərləri bir araya gələcək.
 
 Türkiyənin dövlət başçısı Gagauz Muxtar Bölgəsində ikidilli (gökoğuz və moldova dilləri) uşaq bağçalarının da açılışında iştirak edcək.

 



Әlaqәli Xәbәrlәr