İsveçrәdә sәfәrdә olan Binәli Yıldırım bu ölkәdә yaşayan Türklәrlә görüşüb

İsveçrәdә rәsmi sәfәrdә olan Türkiyә Böyük Millәt Mәclisinin sәdri Binәli Yıldırım Türkiyәnin Berndәki sәfirliyindә  Avropada yaşayan Türklәrlә  görüşüb.

1069009

Binәli Yıldırım  ölkәnin müxtәlif bölgәlәrindәn Bernә gәlәn Türklәrә müraciәt edib.

Binәli Yıldırım çıxışı zamanı Avropada emiqrant statusunda yaşayanların hәmin  ölkənin  sisteminə uyğunlaşmalarının әhәmiyyәtini vurğulayıb.

Binәli Yıldırım bildirib ki, emiqrantların  ana vәtәni Türkiyәdir.

Böyük mədəniyyətə sahib olmağın ciddi məsuliyyət tələb etdiyini vurğulayan Binәli Yıldırım: ‘‘Şәrtlәr nә olursa olsun dәyәrlәrimizdәn, millәtimizin lәyaqәtindәn heç vaxt imtina etmәmәliyik’’ deyә qeyd edib.

Türkiyә üzәrindә oynanılan oyunlara toxunan Binәli Yıldırım: ‘‘Bәzәn terrorla, bәzәn isә iqtisaqiyyat üzәrindәn olur belә oyunlar. Şərtlər nə olursa olsun biz millətimizdən aldığımız güclə, sizdən aldığımız güclə ən gözəl şəkildə fəaliyyətimizi davam etdirəcəyik, mübarizəmizi davam etdirəcəyik" deyә qeyd edib.

Binәli Yıldırım Parlamentlərarası İttifaqın 139-cu Assambleyasında iştirak etmək üçün İsveçrәyә sәfәr edib.

Әlaqәli Xәbәrlәr