Türkiyə, Yəmənin legitim hökümətinə dəstəyinin davam etdiyini bildirib

Türkiyənin Yəməndəki səfiri Ləvənt Eler, bu ölkənin dövlət departamentinin müşaviri Mansur Beccaş ilə bir araya gəlib. Səfir Ləvənt Eler, görüş zamanı rəsmi Ankaranın Yəməndəki legitim hökümətə dəstəyinin davam etdiyini bildirib.

1067295
Türkiyə, Yəmənin legitim hökümətinə dəstəyinin davam etdiyini bildirib

Bu barədə Yəmənin rəsmi informasiya agentliyi məlumat yayıb. Agentliyin xəbərinə görə, görüş Səudiyyə Ərəbistanının paytaxtı Riyadda baş tutub. Səfir Eler görüş zamanı bildirib ki, rəsmi Ankara atdığı addımlar ilə legitim hökümətin yayında olduğunu göstərməkdə davam edir.

Yəmən Xarici İşlər Nazirliyi müşaviri Mansur Beccaş isə, Türkiyənin Yəmənin yanında olmasını, hökumətə dəstəyini və humanitar yardımlarını yüksək qiymətləndirdiklərini səsləndirib və Türkiyəyə minnətdarlığını bildirib. Hökumətin sülhə, Yəmən xalqının dincliyi və rifahının bərpasına dair öhdələndiyi səlahiyyətə sadiq olduğunu ifadə edən Beccaş, Cenevrədə keçirilməsi planlaşdırılan danışıqlarda hökumət heyətinin iştirakı, sülhün bərpasını nə qədər arzu etdiyimizin göstərisidir deyib. Husilərin isə danışıqlara qatılmayaraq sülh istəmədiklərini göstərdiklərini, insanlara izdirab yaşadmaqda davam etdiklərini sözlərinə əlavə edib.

Qeyd edək ki, Husilər, heyəti daşıyacaq təyyarə üçün BMT-nin icazə ala bilməməsi səbəbiylə sülh danışıqlarına qatıla bilmədiklərini irəli sürürlər.

 



Әlaqәli Xәbәrlәr