Səudiyyə Ərəbistanı İstanbuldakı Baş Konsulluğunun binasında axtarışa icazə verdi

Səudiyyə Ərəbistanı İstanbul Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşən jurnalist Camal Kaşıkçı mövzu ilə əlaqəli Türk mütəxəssis və səhaliyyətliləri baş konsulluğu ziyarət etmələri üçün dəvət edib.

1065399

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Xarici İşlər Nazirliyinə səudiyyə ərəbistanlı səlahiyyətlilərin göndərdiyi notada Türk mütəxəssis və əlaqəli səlahiyyətlilər İstanbul Baş Konsulluğunu ziyarət etmələri üçün dəvət edilib.

Notada bildirilib ki, Səudiyyə Ərəbistanı Krallığı qardaş Türkiyə Cümhuriyyətinə hörmətlərini təqdim edir və Səudiyyə Ərəbistanı Krallığının ölkə vətəndaşı Hamza oğlu Camal Əhməd Kaşıkçının itkin düşməsi məsələsində həqiqətin öyrənilməsinə verdiyi əhəmiyyətdən və Türkiyə Cümhuriyyəti hökumətilə əməkdaşlıq əsasından hərəkətlə Türk mütəxəssis və əlaqəli səlahiyyətliləri İstanbul Baş Konsulluğunu ziyarət etmələri üçün dəvət etməktədir.”

Xarici İşlər Nazirliyi sözçüsü Hami Aksoy mövzuya dair verdiyi yazılı açıqlamada jurnalist Camal Kaşıkçı ilə əlaqəli “İstintaq çərçivəsində konsulluq binasında araşdırma aparılacaq” deyə bildirib.

Qeyd edək ki, Camal Kaşıkçı keçən həftə çərşənbə axşamı günü Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna sənəd işləri üçün daxil oldu, sonra isə ondan xəbər tutan olmadı.

Әlaqәli Xәbәrlәr