Rəcəb Tayyib Ərdoğan:''Türkiyə kəşfiyyatı səudiyyəli jurnalistin itməsi məsələsini aydınlaşdırır''

Macarıstanda sәfәrdә olan Türkiyә Prezidenti  Rəcəb Tayyib Ərdoğan bu ölkәnin Baş naziri Viktor Orban ilә Milli Mәclisdә keçirdiyi  görüşdәn sonra baş tutan birgә mәtbuat konfransında çıxış edib.

1064838

Mәtbuat konfransında çıxış edәn Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Sәudiyyә Әrәbistanından olan jurnalist Camal Kaşıkçının itkin düşmәsi ilә әlaqәdar sualı cavablandıraraq deyib: ‘‘Bu hadisәnin ölkәmizdә xüsusәn dә Sәudiyyә Әrәbistanının  İstanbuldakı Baş Konsulluğunda  baş vermәsi kәdәrlәndiricidir. Türkiyә Prezidenti olaraq bu mәsәlәni tәqib edәcәm. Hadisәnin yaxşı nәticәlәnәcәyinә ümidvaram’’.

Türkiyə kəşfiyyatının  səudiyyəli jurnalist Camal Kaşıkçının  itməsi məsələsini aydınlaşdırdığını deyәn Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan: ‘‘ Konsulluğun rəsmiləri, sadəcə, onun binanı tərk etdiyini deməklə məsələdən yan keçə bilməzlər. Əgər, doğrudan da, o çıxıb gedibsə, bunu sübut etməlidirlәr”, -deyә  vurğulayıb.

Әlaqәli Xәbәrlәr