Prezident Ərdoğan: "Türkiyə iqtisadiyyatının təməlləri möhkəmdir”

Rəcəb Tayyib Ərdoğan qarşıdakı dövrdə əlavə dəyəri yüksək məhsulların istehsalına çox daha üstünlük veriləcəyini bildirib.

1065328
Prezident Ərdoğan: "Türkiyə iqtisadiyyatının təməlləri möhkəmdir”

Prezident Ərdoğan, Macarıstanın paytaxtı Budapeştə səfəri çərçivəsində Türkiyə-Macarıstan İş Forumuna qatılıb.

Prezident Ərdoğan tədbirdəki çıxışında: “Sentyabr ayında Yeni İqtisadi programımızı elan etdik. Həmin proqrama əsasən bundan sonra əlavə dəyəri yüksək məhsulların istehsalına üstünlük veriləcək. Türk iqtisadiyyatı möhkəm təməllər üzərində ucalıb. Bu səbəbdəndir ki, Türkiyənin iqtisadiyyatına və bank sisteminə heç kəs zərbə endirə bilməz. Bizim iqtisadiyyatımız şoklara dözümlüdür. Ticarət döyüşləri deyərək ticarətimizin nəzarət altına alınmasına cəhd edildiyi bir dövrdə Macaristan ilə iqtisadi əməkdaşlığımız həddindən artıq əhəmiyyət kəsb edir. Avropa İttifaqı (Aİ) ilə Gömrük Sisteminin aktuallaşdırması işlərinə start verilməməsi və Türk iş adamlarına, xalqına viza rejimi tətbiq edilməsi, potensiyalimizin bütövündən istifadə etməğimizin qarşısında dayanmış böyük bir maneə hesab edilir.

Macaristan ilə xüsusilə müdafiə sənayesi sahəsində bəzi addımlar atmaq istəyirik. Səfərim çərçivəsində baş tutan görüşlərdə bu mövzular da müzakirə olundu. 17 Sentyabrda Rusiya ilə Suriyanın İdlib bölgəsində silahlardan təmizlənmiş bölgə yaradılmasını nəzərdə tutan razılaşma əldə edilmişdir.

Keçən ay Soçi sammitində Rusiya prezidenti cənab Vladimir Putin ilə imzaladığımız bu razılaşma ilə İdlibdə yaşayan 3,5 milyon Suriyalının təhlükəsizliyi zəmanət altına alındı. Lakin beynəlxalq ictimaiyyət qaçqın probleminin həllində üzərlərinə götürdükləri məsuliyyətlərə biganə qalmaqda davam edirlər”-deyə prezident Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr