Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Macarıstana sәfәr edәcәk

Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, Dövlәt başçısı Rәcәb Tayyib Ərdoğan  Macarıstan prezidenti Yanos Ader ilə keçirәcәyi görüşlәr ilә yanaşı  Məclis sədri Laszlo Kövər və Baş nazir Viktor Orban ilə bir araya gələcək.

1063751
Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Macarıstana sәfәr edәcәk

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan  8-9 oktyabr tarixlәrindә  Macarıstan prezidenti Yanoş Aderin dəvəti ilə bu ölkəyə rəsmi səfər edəcək.

Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, Dövlәt başçısı Rәcәb Tayyib Ərdoğan  Macarıstan prezidenti Yanos Ader ilə keçirәcәyi görüşlәr ilә yanaşı  Məclis sədri Laszlo Kövər və Baş nazir Viktor Orban ilə bir araya gələcək.

Görüşlərdə ikitәrәfli siyasi, hərbi, təhlükəsizlik, müdafiə sənayesi, iqtisadi, ticarət, mədəni və sosial münasibətlər müzakirə olunacaq.

Görüşlәrdә hәmçinin  Türkiyə-Avropa İttifaqı  münasibətləri, nizamsız miqrasiya,  terrorla  mübarizə vә  iki ölkənin gündәliyindә olan  regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Dövlәt başçısı Rәcәb Tayyib Ərdoğanın  Baş Nazir Viktor Orban ilə Budapeştdəki Gül Baba Türbəsinin rəsmi açılış mәrasiminә qatılması,  Biznes Forumunda iştirak etmәsi və Qaliçya Şəhidlər Xiyabanını ziyarət etməsi  nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr