Xarici İşlər naziri Mövlud Çavuşoğlu “TRT World Forum”unda çıxış etdi

Xarici İşlər naziri Mövlud Çavuşoğlu İstanbulda iştirak etdiyi tədbirdə etdiyi çıxışda Suriyadakı konstitusiya komitəsinin fəaliyyətləri və beynəlxalq məsələlərə toxunub.

1062547
Xarici İşlər naziri Mövlud Çavuşoğlu “TRT World Forum”unda çıxış etdi

Müxalifət, rejim və mülki ictimaiyyətin təqdim etdiyi üç siyahı var. Bu, balanslı olmalıdır. Bəzi ölkələrin bu balansı rejimin əleyhinə çevirmə səylərinin olduğu məlumdur, amma işlər bu tərz davam etməz.

Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu İstanbulda iştirak etdiyi tədbirdə etdiyi çıxışda Suriyadakı konstitusiya komitəsinin fəaliyyətləri barədə danışarkən deyib.

Nazir Çavuşoğlu və Hollandiyanın Xarici İşlər naziri Stef Blok TRT tərəfindən"Parçalanmış bir dünyada sülh və təhlükəsizliyi yenidən düşünmək” devizilə İstanbulda keçirilən “TRT World Forum” çərçivəsində “Parçalanmış Bir Dünyada Ədalətli Bir Sülh Axtarmaq” başlıqlı xüsusi iclasa qatıldı.

Beynəlxalq təşkilatların həqiqi təhditlərlə mübarizədə uğursuz olduqlarını ifadə edən Çavuşoğlu hər kəs üçün sülh və rifahın təmin edildiyindən arxayın olmaq üçün beynəlxalq təşkilatları gücləndirməyin vacibliyinə və əhəmiyyətinə diqqət çəkib.

BMT-nin bəşəriyyətə xidmət göstərmə yolunda qlobal vəzifəsini yerinə yetirməsinin vacibliyinə toxunan Çavuşoğlu bildirib ki, BMT-nin aktual qlobal meydan oxumalara cavab verə bilmək üçün islahata ehiyacı var. İslahatı hər zaman ilk planda tutan Türkiyə bölgədə bu hadisələr baş verərkən oturub bunlara tamaşa edə bilməz. Ruslarla İdlib mövzusunda imzaladığımız razılaşma sadəcə humanitar cəhətdən bir fəlakətin qarşısını almadı, həmin zamanda həm Türkiyəyə həm də Avropaya yeni bir köç dalğasının qarşısını aldı. Siyasi həll üçün yeni yol açıldı. İdlib olmasaydı bunu edə bilməzdik. Əks təqdirdə müxalifət olmazdı, rejim və müxalifət arasında konstitusiya və Suriya üçün ən yaxşı həll olan siyasi həll üçün müzakirə olmazdı. İndi bütün tərəfdaşlarımızı siyasi prosesə daha çox diqqət yetirməyə təşviq edirik.

Nazir Çavuşoğlu İraqda keçirilən seçkilərə də diqqət çəkərək “Hökumətin qurulmasından sonra bu ölkəni terror təşkilatı PKK, DEAŞ və digərləri daxil, terrorla mübarizəsində dəstəkləməliyik. Bu ölkəni bərpa etməliyik” deyib.

Çavuşoğlu Yəmən və Liviyaya da beynəlxalq dəstəyin vacib olduğunu vurğulayıb.

Bölgədə dondurulmuş müxtəlif problemlərin də olduğunu dilə gətirən Çavuşoğlu Dağlıq Qarabağ, Osetya, Krım, Dnestryanı və Kıbrıs məsələlərini buna nümunə kimi göstərib.



Әlaqәli Xәbәrlәr