Türkiyə Silahlı Qüvvələri PKK mənsubu 10 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalındakı Avaşin-Basyan və Zap bölgələrinə təşkil edilən hava əməliyyatında terror təşkilatı PKK mənsubu 10 terrorçu zərərsizləşdirildi.

1062219

Yayılan məlumatda bildirilib ki, hava əməliyyatı nəticəsində hərbi bazaya hücuma hazırlaşan terror təşkilatı mənsubu 10 terrorçu zərərsizləşdirilmişdir.

Digər tərəfdən Mardin vilayətinin Nusaybin qəsəbəsinin Talliağılları bölgəsində Mardin Vilayəti Jandarm Komandirliyi dəstələri tərəfindən aşkarlanan 2 terrorçu havadan dəstəklənən əməliyyat nəticəsində zərərsizləşdirildi.

Daxili İşlər Nazirliyi zərərsizləşdirilən 2 terrorçudan birinin “Terrordan axtarılanlan sihahısı”nda “Qırmızı kateqoriya”da yer alan dırnaqarası Mardin əyaləti məsulü olduğunun müəyyən edildiyini açıqlayıb.

Siirt vilayətinin ərazilərində həyata keçirilən hava əməliyyatında da PKK mənsubu 3 terrorçu zərərsizləşdirilib.

Әlaqәli Xәbәrlәr