“Müsbət addımlar atılaraq Hollandiya ilə əlaqələr inkişaf etdiriləcək”, M.Çavuşoğlu

Hollandiya ilə əlaqələr mövzusunda bundan sonra müsbət addımlar ataraq əlaqələr inkişaf etdiriləcək.

1061749
“Müsbət addımlar atılaraq Hollandiya ilə əlaqələr inkişaf etdiriləcək”, M.Çavuşoğlu

Hollandiya ilə əlaqələr mövzusunda bundan sonra müsbət addımlar ataraq əlaqələr inkişaf etdiriləcək.

Çavuşoğlu bunu rəsmi səfərlə paytaxt Ankarada olan Hollandiyanın Xarici İşlər naziri Stef Blok ilə Xarici İşlər Nazirliyində birgə mətbuat konfransında deyib.

Hollandiya ilə əlaqələrin normallaşması prosesində həmkarı ilə yaxın əməkdaşlıq içində olduqlarını və verdikləri ortaq bəyanatdan sonra da müxtəlif platformalarda görüş keçirmə imkanı tapdıqlarını bildirən Çavuşoğlu səfirləri qarşılıqlı olaraq təyin etdiklərini xatırladıb.

Hollandiyanın Xarici İşlər naziri Stef Blok ilə təkbətək və heyətlər arasında səmimi və səmərəli görüşlər keçirdiklərini vurğulayan Çavuşoğlu hazırda birbaşa yatırım baxımından hollandiyalı firmaların Türkiyədə birinci yerdə olduğunu, Türkiyənin Hollandiyadakı sərmayə qoyuluşlarının da artdığını vuğulayıb.

Çavuşoğlu ikitərəfli ticarət həcmini artırmaq üçün mövcud olan mexanizmlərdən daha səmərəli şəkildə istifadə edəcəklərini bildirərək deyib ki, terrorla mübarizə daxil müxtəlif mövzuları bugünkü görüşdə müzakirə etdik. Xüsusilə xarici döyüşçülər və terrorla mübarizədə iki ölkə arasında məlumat ötürülməsi barədə də daha yaxın əməkdaşlığın vacib olduğu ilə əlaqəli olaraq hollandiyalı həmkarımla həmfikir olduğumuzu dilə gətirdik.

Çavuşoğlu Hollandiyada yaşayan Türk icması və ikili vətəndaşlığı olanların vəziyyətilə əlaqəli Türkiyə-Avropa (Aİ) əlaqələrini də müzakirə etdiklərini bildirib.

Köçlə bağlı razılaşmanın Hollandiyanın Aİ növbəti sədrliyi zamanı imzalandığına diqqət çəkən Çavuşoğlu Hollandiyanın bu prosesdə ciddi töhfəsinin olduğunu və bu barədəki əməkdaşlığı güçləndirəcəklərini vurğulayıb. “Hazırda Avropa və Aİ ilə əlaqələrimizə yenidən fəallıq qazandırmaq istəyirik. Türkiyədə bu qətiyyətlilik var. Qarşı tərəfdən də bunu görmək istəyirik” deyə Çavuşoğlu qeyd edib.

Ticarət müharibələrinin olduğu bir vaxtda çoxtərəfli əlaqələrin yenidən gündəmdə olduğunu deyə Çavuşoğlu bildirib ki, bunda hər kəsin dəstəyi əhəmiyyət kəsb edir. Regional və beynəlxalq təşkilatların da daha fəal olması və kritik rol oynaması vacibdir. Bu anlayış daxilində Avropa ilə əlaqələrin güclənəcəyinə dair inanc var.

Nazir Çavuşoğlu gələcək ilin ilk rübündə bu səfərə qarşılıq olaraq Hollandiyaya getmək istədiyini və bu müddət ərzində birgə fəaliyyətlərini davam etdirəcəklərini dilə gətirdi.



Әlaqәli Xәbәrlәr