"Hər şey bəlli, amma “dostlarımız”ın tükü də tərpənmir", B.Yıldırım

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəlı Yıldırım Fətullahçı terror təşkilatı FETÖ ilə mübarizə məsələsində Türkiyə ilə əməkdaşlığa yanaşmayan Amerika Birləşmiş Ştatlarına reaksiya bildirdi.

1061623
"Hər şey bəlli, amma “dostlarımız”ın tükü də tərpənmir", B.Yıldırım

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəlı Yıldırım Fətullahçı terror təşkilatı FETÖ ilə mübarizə məsələsində Türkiyə ilə əməkdaşlığa yanaşmayan Amerika Birləşmiş Ştatlarına reaksiya göstərərək "Yoxsa arxasından başqa şeylər çıxacağına ehtiyat edirsiniz?" dedi.   

  Türkiyə Radio Televiziya Qurumu – TRT tərəfindən dünyanın aktual, mədəni, siyasi, iqtisadi və sosial sahələrində qlobal çözümlər axtarmaq məqsədilə yüzlərlə fikir sahibini bir araya gətirən və bu il ikincisi təşkil edilən "TRT World Forum" İstanbulda başlayıb.

  “Parçalanmış bir dünyada sülh və təhlükəsizliyi yenidən düşünmək" devizilə keçirilən “TRT World Forum”un açılışında çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsinə görə ən böyük bədəli verən ölkələrdən birinin Türkiyə olduğunu söyləyərək dedi:

  “Türkiyə 3,5 milyon Suriyalıya qucaq açıb. Bəzi ölkələr bunu anlamaqda çətinlik çəkir. “30 milyard dollar pul xərclədiniz” deyirlər. Məsələ yalnız puldurmu? Əsas insanı yaşatmaqdır. Bir insanı qurtarmaq bir cahanı xilas etmək deməkdir. Bizim anlayışımız, inamımız budur.

  Hər kəsin sülh, dinclik və güvən dolu dünyaya qovuşmasının başında terrorla mübarizə gəlir.

  Terror və terrorizm ölkəyə, kimliyə, dinə baxmadan qeyd-şərtsiz rədd edilməlidir. Terror heç bir şəkildə maliyyələşdirməməli, ona silah və pul dəstəyi olmamalıdır.

  35 min günahsız insanı qətlə yetirən separatçı terror təşkilatı PKK-nın PYD/YPG davamı Suriya ərazisində fəaliyyətini davam etdirir. Acı gerçək odur ki, onların bu fəaliyyəti dost bildiyimiz, NATO-da müttəfiq bildiyimiz Amerika Birləşmiş Ştatlarının açıq və birbaşa dəstəyilədir. Minlərlə silah, raket, hər növ sursat bu terror təşkilatlarına ötürülür. Terror təşkilatıyla əməkdaşlığın heç bir şəkildə üzrü yoxdur.

  Fətullahçı terror təşkilatı başçısı ABŞ-da malikanəsində yaşayır. Hər şey bəlli: qiyamın (15 İyul 2016) göstərişini verən bu adamdır. Hər cür sənəd, məlumat da əldə, amma “dostlarımız” - müttəfiq bildiyimiz ölkələrin tükü də tərpənmir.

  Qüds və Fələstin problemini həll etməyən Birləşmiş Millətlər Təhlükəsizlik Şurasına da artıq inam qalmayıb.

  Avropa İttifaqının (Aİ) isə beynəlxalq məsələlərin həllində kifayət qədər fəal deyil.”



Әlaqәli Xәbәrlәr