Prezident Ərdoğan Әdalәt vә İnkişaf Partiyasının TBMM-dəki Qrup toplantısında çıxış edib

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Әdalәt vә İnkişaf Partiyasının Türkiyә Böyük Millәt Mәclisindәki Qrup toplantısında çıxış edib.

1060826
Prezident Ərdoğan Әdalәt vә İnkişaf Partiyasının TBMM-dəki Qrup toplantısında çıxış edib

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Әdalәt vә İnkişaf Partiyasının Türkiyә Böyük Millәt Mәclisindәki Qrup toplantısında çıxış edib.

Çıxışında Suriyadakı prosesi qiymәtlәndirәn Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan sentyabrın 17-dә  Rusiyanın Soçi şәhәrindә  İdliblә bağlı әldә olunan razılaşmanın  10 gündür bölgәdә atәşkәs prosesinin davam etmәsinә imkan verdiyini deyib.

‘‘İdlib әtrafındakı 10 müşahidә mәntәqәsi bizә aiddir. Bu müşahidә mәntәqәlәri daha da güclәndirilәcәk’’,-deyә Türkiyә Prezidenti qeyd edib.

Fransa, Almaniya və Rusiya ilə İstanbulda zirvə görüşü keçirәcәklәrini deyәn Rәcәb Tayyib Әrdoğan:  "Bu toplantının hәdәfi  koalisiya qüvvәlәri  ilə birlikdə Rusiya ilə eyni masa arxasında  oturub nə edəcəyimizә qәrar vermәkdir. Növbәti köç dalğasının qarşısını aldıq. İdlibdә atәşkәs tәmin olmasaydı növbәti köç dalğası ilә qarşı-qarşıya qalacaqdıq’’ deyә vurğulayıb.

Amerika Birləşmiş Ştatlarının  Suriyanın şimalını işğal edən terror təşkilatı PKK-nın qolu  PYD-YPG-yә  təxminən 19 min TIR  silah göndәrdiyini  vurğulayan Rәcәb Tayyib Ərdoğan deyib: ‘‘Bu silahlar kimә qarşı istifadә olunacaq? Sizdәn pul ilә silah almaq istәmişdik, satmadınız. Amma silahları terror tәşkilatına göndәrirsiniz. Fәrat çayının qәrbinin terrorçulardan tәmizlәnmәsi  mövzusunda qәrarlıyıq’’.

Türkiyәyә rәğmәn hәyata keçirilәn heç bir işin alınmayacağına diqqәt çәkәn Әrdoğan: ‘‘ Türkiyәyә qarşı iş görә bilәcәklәrini zәnn edәnlәr  yanıldıqlarını tezliklә anlayacaqlar’’ deyib.

Türkiyәnin heç kimin haqqında, hüququnda gözünün olmadığını deyәn  dövlәt başçısı bildirib ki, heç kimin dә bizin haqqımıza, hüququmuza vә maraqlarımıza qarışmasına  icazә vermәrik.

 Bəzi dairələrin məzənnədәki dalğalanmalardan istifadә edәrәk  Türkiyəni  iqtisadi olaraq küncə sıxışdırmaq istәdiyini  vurğulayan Ərdoğan: ‘‘Mәzәnnәdәki dalğalanmaların qarşısı yavaş-yavaş alınır’’.

 27-29 sentyabr tarixlәrindә Almaniyaya etdiyi sәfәrә dә toxunan Türkiyә prezidenti bildirib ki, çox sәmәrәli görüşlәr keçirdik. Bundan sonra Almaniya ilә münasibәtlәrimizi müsbәt istiqamәtdә inkişaf etdirәcәyimizi deyә bilәrәm. ABŞ kimi Avropa İttifaqı ilә dә әlaqәlәrimizi dirçәltmәk  istәyirik.



Әlaqәli Xәbәrlәr