"İslamda terrorizmin yeri yoxdur", R.T.Ərdoğan

Kölndə Almaniyanın ən böyük məscidi Diyanət İşləri Türk-İslam Birliyi Mərkəz Məscidinin açılışını edən Ərdoğan çıxışında İslamın sülh dini olduğunu vurğulayaraq deyib...

1059360
"İslamda terrorizmin yeri yoxdur", R.T.Ərdoğan
erdogan almanya cami1.jpg

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror təşkilatları arasında fərq qoyulmasına reaksiya göstərərək: “Bizim nəzərimizdə Berlindəki bazar yerində mülki vətəndaşları qətlə yetirən DAEŞ-li canilər kimdirsə, 2 ay əvvəl 11 aylıq Bədirxan körpəni anası ilə bərabər şəhid edən PKK qatilləri  də odur", - deyib.  

  Almaniyada görüşlər keçirən R.T.Ərdoğanın son dayanacağı Köln olub. Burada Almaniyanın ən böyük məscidi Diyanət İşləri Türk-İslam Birliyi Mərkəz Məscidinin açılışını edən Ərdoğan çıxışında İslamın sülh dini olduğunu vurğulayaraq deyib:

  "İslamda terrorizmin yeri yoxdur. “Xristian terroru", "yəhudi terroru", "bütpərəst terroru" kimi ifadələr yanlış olduğu kimi "İslam terroru" anlayışı yanlış və xətalıdır. Terror təşkilatı terror təşkilatıdır, arasında fərq qoyulmaz. Mən hər kəsi terrora qarşı qətiyyətli davranmaq və qatillər arasında fərq qoymadan mübarizə aparmağa çağırırıq. Mühakimə məsələsində ikili standart olmamalıdır”.



Әlaqәli Xәbәrlәr