“İdlib razılaşması cənab prezidentimizin və cənab Putinin uğurudur”, M.Çavuşoğlu

Xarici İxlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda Türk jurnalistlərin gündəmə dair suallarına cavab verdi.

1058159
“İdlib razılaşması cənab prezidentimizin və cənab Putinin uğurudur”, M.Çavuşoğlu

İdlib razılaşması cənab prezidentimizin və cənab Vladimir Putinin uğurudur. Bu razılaşmaya İranın da dəstəyi olub.

Xarici İxlər naziri Mövlud Çavuşoğlu bu sözləri Nyu-Yorkda Türk jurnalistlərin gündəmə dair suallarına cavabən dedi.

İkitərəfli 32 görüş keçirdiyini qeyd edən Çavuşoğlu 22 ayrı tədbirdə isə çıxış etdiyini söylədi.

Türkiyənin diqqət mərkəzində olduğunu, köç məsələsində Türkiyənin etdiklərinin hər kəsin məlumu olduğunu, amma Türkiyənin bu yükün bölüşülməsi barədə həssas olunmasını istədiyini dilə gətirən Çavuşoğlu bunu bütün yığıncaqlarda ifadə etdiyini bildirdi.

“İdlib razılaşması cənab prezidentimizin və cənab Vladimir Putinin uğurudur. Bu razılaşmaya İranın da dəstəyi olub” deyə qeyd edən Çavuşoğlu deyib ki, görüş keçirdiyimiz hər kəs güclü dəstək verdi. Hətta iştirak etmədiyimiz iclaslarda belə hər kəs, Tramp belə Türkiyəyə təşəkkür etdi.

Arakanlı müsəlmanlarla əlaqəli İngiltərə və Fransanın ev sahibliyində təşkil edilən qəbula qatıldığını bildirən Çavuşoğlu prezident Ərdoğanın çıxışındakı İstanbulda bir gənclik mərkəzi qurulmasına dair çağırışını xatırlaradaq, bu mövzuda dəstək aldıqlarını və çağırışın öz əksini tapdığını dilə gətirdi.

“ABŞ BMT-nin Fələstin miqrantlarına dəstək agentliyinə yardımı dayandırdı. Bu maliyyə itkisini qarşılamaq üçün digər ölkələrlə birlikdə çalışırıq”, deyə Çavuşoğlu əlavə etdi.

Ərdoğanın Almaniyaya səfərinə də toxunan Çavuşoğlu bildirdi ki, Almaniya ilə və digər Avropa ölkələrilə əlaqələrimizi normallaşdırırıq. Bu ölkələrlə bizim heç bir probleməmimiz yoxdur, tarix boyunca da olmayıb, amma onlardan mənbələnən bir sıra problemlərlə qarşılaşdıq. Bunları həll etməliyik. Bununla əlaqəli olaraq qarşılıqlı səylər davam etdirilir.  

Kıbrıs məsələsinə də toxunan Çavuşoğlu bu barədə Nyu-Yorkda qeyri-rəsmi görüşlər keçirdiklərini söylədi.

“Daha əvvəlki cəhdlərdən təəssüf ki, nəticə əldə edə bilmədik. Artıq yeni bir müzakirəyə başlamaq üçün nəyi müzakirə edəcəyimizi, nə üçün müzakirə edəcəyimizi öz aramızda danışıb qərara almalalıyıq. Bu çərçivədə görüşlərimiz davam etdiririk” deyə Çavuşoğlu vurğuladı.



Әlaqәli Xәbәrlәr