Rәcәb Tayyib Әrdoğan Almaniyaya sәfәr edib

Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan ABŞ-dan sonra Almaniyaya sәfәr etdi.

1057485
Rәcәb Tayyib Әrdoğan Almaniyaya sәfәr edib

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Mәclisinin 73-cü sessiyasında iştirak etmәk üçün sәfәr etdiyi ABŞ-kı görüşlәrini tamamlayaraq Almaniyaya getdi. 

Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan vә xanımı Әminә Әrdoğanı Nyu-York JFK hava limanında Türkiyәnin BMT-dәki daimi nümayәndәsi Feridun Sinirlioğlu, Türkiyәnin Vaşinqtondakı sәfiri Serdar Kılıç vә Türkiyәnin Vaşinqtondakı  Baş konsulu Ertan Yalçın  vә digәr rәsmi şәxslәr yola saldılar.

Qeyd edәk ki, Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan ABŞ-dan sonra Almaniyaya getdi.

Rәcәb Tayyib Әrdoğan sәfәri çәrçivәsindә ilk olaraq  qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək.

Rәcәb Tayyib Әrdoğan cümә günü Almaniya prezidenti Frank Uolter Steinmeier və kansler Angela Merkel ilə də bir araya gələcək.

Rәcәb Tayyib Әrdoğanı sәfәri çәrçivәsindә xanımı Әminә Әrdoğan, Xəzinə və Maliyyə naziri Berat  Albayrak, Sәnaye vә  Texnologiya naziri Mustafa Varank, Milli Müdafiə naziri Hulusi Akar, Ticarət naziri  Ruhsar Pekcan, Sәhiyyә naziri Fahrettin Koca, Prezident Aparatının sözçüsü İbrahim Kalın,Prezident Aparatının Kommunikasiya mәsәlәlәri üzrә direktoru Faxrettin Altun vә Әdalәt vә İnkişaf Partiyasının sәdr müavini vә partiya sözçüsü Ömәr Çelik müşayiәt edirlәr.



Әlaqәli Xәbәrlәr