Mövlud Çavuşoğlu Nyu-York şәhәrindә ikitәrәfli görüşlәr keçirib

Türkiyәnin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Nyu-York şәhәrindә ikitәrәfi görüşlәr keçirib.

1057491
Mövlud Çavuşoğlu Nyu-York şәhәrindә ikitәrәfli görüşlәr keçirib

Türkiyәnin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Nyu-York şәhәrindә ikitәrәfi görüşlәr keçirib.

Mәlumata görә, Mövlud Çavuşoğlu İsveçrә Xarici İşlәr naziri İqnozio Cassis vә Burundi Xarici İşlәr naziri Ezichiel Nibiqira ilә ayrı-ayrılıqda bir araya gәlib.

Mövlud Çavuşoğlu hәmçinin BMT Baş Mәclisinin 73 sessiyasının sәdri, Ekvador Xarici İşlәr naziri Mariya Fernarda Espinosa, Mәrkәzi Amerika İnteqrasiya Tәşkilatının Baş katibi Vinicio Cerezoidlә dә görüşüb.

Qeyd edәk ki, görüşlәr mәtbuata qapalı keçirilib.

Nazir Mövlud Çavuşoğlu İslam Әmәkdaşlıq Tәşkilatının Fәlәstin üzrә Komitәsinin BMT-dә keçirdiyi iclasa da qatılıb.

Toplantıdan sonra sәxsi ‘‘Twitter’’ sәhifәsindәn açıqlama verәn Çavuşoğlu deyib: ‘‘Fәlәstinli qardaşlarımızın hәr zaman yanında olacağıq’’.



Әlaqәli Xәbәrlәr