“Frankfurter Allgemeine Zeitung” qəzeti R.T.Әrdoğanın məqaləsini dәrc edib

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Almaniyanın Fәtullahçı Terror Tәşkilatı FETO-nu terror tәşkilatı siyahısına salmasının  vacibliyini vurğulayıb.

1057495
“Frankfurter Allgemeine Zeitung” qəzeti R.T.Әrdoğanın məqaləsini dәrc edib

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Almaniyanın Fәtullahçı Terror Tәşkilatı FETO-nu terror tәşkilatı siyahısına salmasının  vacibliyini vurğulayıb.

Bu barədə  Türkiyә Prezidenti  Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə yazdığı məqaləsində qeyd edib.

‘‘Türkiyә PKK, FETÖ, DHKP-C kimi terror tәşkilatları ilә mübarizәdә Almaniyanın dәstәyini gözlәyir’’ deyәn Rәcәb Tayyib Әrdoğan: ‘‘Almaniyanın PKK vә FETO-ya qarşı aparılan mübarizәni dәstәklәmәsini gözlәyirik. Almaniyanın FETO-nu terror tәşkilatı siyahısına salmasını istәyirik. Almaniyadan әsas gözlәntimiz İngiltәrә kimi 2016-cı ildә törәdilәn uğursuz dövlәt çevriliş cәhdinin FETO tәrәfindәn törәdildiyini qәbul etmәsidir. Alman dostlarımızdan FETO ilә bağlı konkret adddım atmalarını gözlәyirik’’deyә qeyd edib.

Әrdoğan mәqalәsindә terror tәşkilatı PKK-nın hazırda müxtәlif pәrdәlәr arxasında  Almaniyada fәaliyyәt göstәrdiyinә diqqәt çәkib.

‘‘ABŞ-ın mәsuliyyәtsiz siyasәti dünyada ticarәt müharibәlәrinin yaşanmasına sәbәb olub’’ deyә Dövlәt başçısı Türkiyә vә Almaniyanın bunun qarşısını almaq üçün birlikdә hәrәkәt atmәlәrinin vacibliyini vurğulayıb.

 Әrdoğan deyib: ‘‘Birgә maraqlarımıza,  ortaq tәhdid vә problemlәrimizә yönәlәk. Hәmfikir olmadığımız mövzuları dialoq yolu ilә hәll edәk’’.



Әlaqәli Xәbәrlәr