"Foreign Policy" jurnalı Rәcәb Tayyib Әrdoğanın mәqalәsini dәrc edib

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğanın  ‘‘Birlәşmiş Millәtlәr Tәşkilatını Necә vә Niyә Düzәltmәliyik’’ adlı mәqalәsi ABŞ-ın "Foreign Policy" jurnalında dәrc olunub.

1057361
"Foreign Policy" jurnalı Rәcәb Tayyib Әrdoğanın mәqalәsini dәrc edib

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğanın  ‘‘Birlәşmiş Millәtlәr Tәşkilatını Necә vә Niyә Düzәltmәliyik’’ adlı mәqalәsi ABŞ-ın "Foreign Policy" jurnalında dәrc olunub.

Rәcәb Tayyib Әrdoğan  dünya liderlәrinin ABŞ-ın Nyu-York şәhәrindә keçirilәn BMT Baş Mәclisinin  73-cü sessiyasında bәşәriyyәtin üzlәşdiyi әn ciddi problemlәri müzakirә etdiklәrini bildirib.

Dövlәt başçısı BMT-nin müxtəlif qurumlarında әmәkdaşlarının göstәrdiyi   sәylәrә baxmayaraq  etibar böhranının  yaşandığını qeyd edib.

 BMT-nin mövcud problemlərinin sәbәbinin  Təhlükəsizlik Şurasının "dünyanın hər yerində sülh və təhlükəsizliyi təmin etmə" sözünü yerinə yetirməməsinin olduğunu ifadә edәn Әrdoğan deyib: ‘‘Tәşkilatın әn yüksәk orqanının Bosniyadan Ruandaya, Suriyada Yәmәnә vә Fәlәstinәdәk bir çox yerdә baş verәn cinayәtlәrә mane ola bilmәyib  vә bu xain hücumları törәdәnlәri әdalәtә tәslim edә bilmәyib.  Dünyanın fərqli bölgələrindəki avtoritar rejimlər BMT-nin  gözləri önündə günahsız insanları müxtәlif silahlarla  hədəf alıb. Tәşkilat qaçqınların acısını unudduracaq addımlar atmayıb’’.

Әrdoğan mәqalәsindә  Türkiyənin  İraq, Suriya və digər yerlərdə hәllin bir  parçası  kimi qlobal bir lider halına gəldiyini qeyd edib.

Rәcәb Tayyib Әrdoğan qaçqın böhranının BMT ilә yaxın әmәkdaşlıq etmәdәn  hәll edilmәyәcәyini sözlәrinә әlavә edib.



Әlaqәli Xәbәrlәr