Rəcəb Tayyib Ərdoğan bu gün Amerika Birləşmiş Ştatlarına səfər edir

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının  Baş Məclisinin 73-cü  sessiyasında  iştirak etmək üçün 23-27 sentyabr tarixlərində ABŞ-da olacaq.

1054826
Rəcəb Tayyib Ərdoğan bu gün Amerika Birləşmiş Ştatlarına səfər edir

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan bu gün Amerika Birləşmiş Ştatlarına səfər edir.

  Ərdoğan Birləşmiş Millətlər Təşkilatının  Baş Məclisinin 73-cü  sessiyasında  iştirak etmək üçün 23-27 sentyabr tarixlərində ABŞ-da olacaq.

  Ərdoğan BMT Baş Məclisinin Nyu- Yorkda keçiriləcək sessiyasından əvvəl 24 sentyabr, bazar ertəsi günü Qlobal Qaçqın Razılaşmasının Yüksək Səviyyəli Tədbirinə qatılacaq. Türkiyə prezidenti burada Türkiyənin suriyalı qaçqınlar üçün etdiklərindən bəhs edəcək, "Türkiyəyə dəstək olun" ismarışını verəcək.

  Ərdoğan Nyu-yorkda BMT Baş Katibi  Antonio Quterreş (Antonio Guterres) ilə də bir araya gələcək.

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da rusiyalı və iranlı həmkarlarıyla görüşəcək.

  Türkiyə ABŞ-ın separatçı terror təşkilatı PKK-nın Suriya davamı PYD/YPG-yə olan silah dəstəyinə görə narahatdır.

  Prezident Ərdoğan bununla bağlı reaksiyasını görüşəcəyi liderlərə çatdıracaq.

  Ərdoğan Nyu-yorkda amerikan sərmayə və biznes dairələri ilə də görüşəcək, onları Türkiyədə sərmayə qoymağa dəvət edəcək.

Türkiyə prezidenti 26 sentyabr, çərşənbə günü Nyu-Yorkdan Almaniyanın paytaxtı Berlinə gedəcək.



Әlaqәli Xәbәrlәr