Çavuşoğlu: "Ticari əlaqələrimizdə yerli pul vahidindən istifadə etmək istəyirik"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu venesuelalı həmkarı ilə paytaxt Karakasta görüşdü.

1054446
Çavuşoğlu: "Ticari əlaqələrimizdə yerli pul vahidindən istifadə etmək istəyirik"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu venesuelalı həmkarı Хорхе Арреаза (Jorge Arreaza) ilə paytaxt Karakasta görüşdü.

Görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən Çavuşoğlu Türkiyə ilə Venesuela arasındakı yaxın münasibətlərdən danışdı, 19 ildən sonra bu ölkəyə səfər edən ilk Türkiyə Xarici İşlər naziri olduğuna görə özünü xoşbəxt hiss etdiyini bildirdi.
 
 Son dövrdə Venesuela Dövlət Başçısı Nikolas Maduronun da Türkiyəyə səfər etdiyini xatırladan nazir iki ölkə liderinin qardaş kimi olduqlarını ifadə etdi, Ankara-Karakas arasında ikitərəfli əlaqələrin getdikcə inkişaf etdiyini söylədi.
 

İkitərəfli ticari münasibətlərdə yerli pul vahidlərini tanıdıqlarını bildirən Çavuşoğlu bunları qeyd etdi: "Yalnız Venesuela ilə deyil, digər ölkələrlə də ikitərəfli ticari əlaqələrimizdə yerli pul vahidlərindən istifadə etmək istəyirik. ABŞ rəhbərliyi öz pul vahidi olan dolları bir hücum vasitəsi kimi istifadə etdiyi üçün digər ölkələr aralarındakı ticarətdə yerli pulları istifadə etmək istəyir. Heç bir ölkənin pul vahidinə qarşı deyilik, lakin bundan digər ölkə iqtisadiyyatlarına hücum vasitəsi kimi istifadə edilməməlidir".
 
 Çavuşoğlu Türkiyənin də son dövrdə bu növ  iqtisadi hücuma məruz qaldığını dilə gətirdi.
 
 Türkiyə Xarici İşlər naziri: "Türkiyə  bu prosesdə çox güclü dayandı və iqtisadiyyatı daha da stabilləşdirmək üçün  bütün lazimı iqtisadi tədbirləri gördü" dedi.
 

Türkiyə sərmayəçilərinin Venesueladakı sərmayə imkanlarını kəşf etməyə başladığına diqqəti çəkən Çavuşoğlu səfərləri zamanı iki ölkə arasında iki müqaviləyə imza atıldığını və yeniləri üzərində də iş aparıldığını sözlərinə əlavə etdi.



Әlaqәli Xәbәrlәr