R.T.Әrdoğan Amerikanın Türkiyәdә fәaliyyәt göstәrәn şirkәtlәrinin rәhbәrlәrini qәbul edib

2 saat 40 dәqiqә davam edәn toplantıda Sәnaye vә Toxnologiya naziri Mustafa Varank, Ticarәt naziri Ruhsar Pekcan ilә Әdalәt vә İnkişaf Partiyasının sәdrinin müavini Lütfi Elvan iştirak ediblәr.

1053271
R.T.Әrdoğan Amerikanın Türkiyәdә fәaliyyәt göstәrәn şirkәtlәrinin rәhbәrlәrini qәbul edib

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Amerikanın Türkiyәdә fәaliyyәt göstәrәn şirkәtlәrinin rәhbәrlәrini qәbul edib.

2 saat 40 dәqiqә davam edәn toplantıda Sәnaye vә Toxnologiya naziri Mustafa Varank, Ticarәt naziri Ruhsar Pekcan ilә Әdalәt vә İnkişaf Partiyasının sәdrinin müavini Lütfi Elvan iştirak ediblәr.

Toplantıda çıxış edәn Dövlәt başçısı bildirib ki, Amerika ilә olan strateji әmәkdaşlığımızın investisiya vә ticarәt yolu ilә daha da güclәnәcәyinә inanıram.

Әrdoğan 16 il әrzindә investorlarla mәslәhәtlәşmәlәrә әhәmiyyәt verdiklәrini vurğulayaraq dayib: ‘‘Qapımız sizә hәr zaman açıqdır. Siz Türkiyәnin bölgәdә yaşanan qarşıdurmalara, qeyri-sabitliyә vә çәtinliyә baxmayaraq nәlәr әldә etdiyini çox yaxşı bilirsiniz. Görәcәksiniz Türkiyәnin gәlәcәyi daha aydın vә parlaq olacaq’’.



Әlaqәli Xәbәrlәr