Rәcәb Tayyib Әrdoğan BMT Baş Mәclisinin 73-cü sessiyasında çıxış edәcәk

Birləşmiş Millətlər Təşkilatının Baş Mәclisinin  73-cü sessiyası dünya liderlərini gələn həftə Amerika Birləşmiş Ştatlarının  Nyu-York şәhәrindә bir araya gәtirәcәk.

1051852
Rәcәb Tayyib Әrdoğan BMT Baş Mәclisinin 73-cü sessiyasında çıxış edәcәk

Birləşmiş Millətlər Təşkilatının Baş Mәclisinin  73-cü sessiyası dünya liderlərini gələn həftə Amerika Birləşmiş Ştatlarının  Nyu-York şәhәrindә bir araya gәtirәcәk.

Birləşmiş Millətlər Təşkilatının Baş Mәclisinin  73-cü sessiyasına 140-dan çox ölkәnin dövlәt vә hökumәt başçısı qatılacaq.

İclasda Türkiyәni Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan tәmsil edәcәk.

Mәlumata görә, Rusiya prezidenti Vladimir Putin, Çinin dövlәt başçısı Şi Çimpinq vә Almaniya Kansleri Angela Merkel iştirak etmәyәcәklәr. Bu ölkәlәr nazirlәr sәviyyәsindә tәmsil olunacaqlar.

Mәlumatda hәmçinin Myanma lideri Aunq San Su Çinin  iclasa qatılacağı bildirilib.

Birləşmiş Millətlər Təşkilatının Baş Mәclisinin  73-cü sessiyası  ‘‘Hәr kәs üçün Birlәşmiş Millәtlәr Tәşkilatı’’ adı altında keçirilәcәk.

Hər il sentyabr ayında BMT-nin Mәrkәzi Qәrargahında bir araya gәlәn liderlәr  qlobal problemlərin diplomatik yolla hәll edilmәsinin imkanlarını müzakirә edirlәr.

İclasda  Suriya böhranından Arakanlı qaçqınlara, ABŞ-ın yeni gömrük tariflərindən Fələstin probleminə, iqlim dəyişikliyindən  qaçqın probleminədәk bir çox mövzu müzakirә olunacaq.

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan BMT Baş Mәclisinin 73-cü sessiyasının ilk günündә çıxış edәcәk.



Әlaqәli Xәbәrlәr