Kırklareli, Van və Ədirnədə qanunsuz olaraq ölkə xaricinə çıxmaq istəyən miqrantlar yaxalandı.

Kırklarelidə qanunsuz olaraq ölkə xaricinə çıxmaq istəyən nizamsız miqrant yaxalandı.

1051683
Kırklareli, Van və Ədirnədə qanunsuz olaraq ölkə xaricinə çıxmaq istəyən miqrantlar yaxalandı.

Kırklarelidə qanunsuz olaraq ölkə xaricinə çıxmaq istəyən nizamsız miqrant yaxalandı.

Vilayət Jandarm Komandanlığı dəstələri Dəmirköy, Kofçaz və Bəbəəski rayonları ilə Bolqarıstana nəqliyyatın təmin olunduğu Dərəköy sərhəd keçid məntəqəsi yaxınlığında nizamsız miqrantların olduğuna dair məlumat alıb.

7 ayrı bölgədə aparılan fəaliyyətlər nəticəsində İran, Pakistan, İraq və Əfqanıstan vətəndaşı 84 adam yaxalanıb.

Miqrantlar görülən rəsmi işlərdən sonra Kırklareli Köç İdarəsi Müdirliyinə təhvil verilib.

Ədirnə şəhərində isə qeyri-qanuni olaraq Avropa getməyə cəhd göstərən Nigeriya, Fələstin, Suriya və Əfqanıstan vətəndaşı 57 qaçaq yaxalanıb.  

Van vilayətinin Başkale rayonunda da qanunsuz olaraq ölkəyə girməyə cəhd göstərən nizamsız 199 miqrant yaxalanıb. 

Yaxalananların Əfqanıstan, Pakistan və Banqladeş vətəndaşları olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr