"Beləliklə, İdlibdə böyük insan dramının qarşısını aldıq", R.T.Ərdoğan

İdlibdə insan dramının qarşısı Türkiyənin gərgin səylərilə alındı.

1051335
"Beləliklə, İdlibdə böyük insan dramının qarşısını aldıq", R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və son 10 gündə 2-ci dəfə görüşdüyü rusiyalı həmkarı Vladimir Putin Suriyanın İdlib bölgəsində silahlardan təmizlənmiş zona yaradılmasıyla bağlı razılığa gəldi.

  İki lider Rusiyanın Soçi şəhərində təkbətək və heyətlərarası görüşlərdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış etdi.

  Mətbuat konfransında ev sahibi V.Putin və qonaq R.T.Ərdoğan, ticarət başda olmaqla ikitərəfli əlaqələr, milli valyutadan istifadəyə keçilməsi, birgə enerji layihələrinin davam etdirilməsi, mədəniyyət və turizm sahələrini müzakirə etdikləri barədə məlumat verdilər.  

  Rusiya prezidenti əsas müzakirə mövzusu olan İdliblə bağlı da mühüm razılıqlar əldə edildiyini vurğulayaraq deyib: “Suriyadakı Rusiya hərbi bazalarına hücum təhlükəsindən narahatıq. Müxalifət qruplarının öz ağır silahları ilə İdlibdə 15-20 kilometrlik silahsız zona yaratmaq fikrini qərara bağladıq".

  Türkiyə prezidenti Ərdoğan da öz növbəsində ikitərəfli əməkdaşlığın hər sahədə irəlilədiyini söyləyərək deyib: “Suriya məsələsində fikir mübadiləsi apardıq. İdlibdə 15 oktyabrdan etibarən yaradılacaq silahlardan təmizlənmiş təhlükəsiz zonada müxalifət və hökumət qüvvələrinin də olduğu qalmaları barədə razılaşdıq. Tərksilah edilmiş regionun təhlükəsizliyi Türkiyə və Rusiya hərbi qüvvələri tərəfindən koordinasiyalı şəkildə təmin olunacaq. Beləliklə, İdlibdə böyük insan dramının qarşısını aldıq. Bundan sonra Suriyanın konstitusiya komitəsinin işini tamamlaması və keçiriləcək seçkilərdə Suriya xalqının öz seçimini ortaya qoymasını arzulayırıq.”



Әlaqәli Xәbәrlәr