Mövlud Çavuşoğlu: "Türkiyə Suriyada sülh və siyasi həll istəyir"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İdlib barədə ən dəqiq və proqnozlaşdırılan siyasəti Türkiyənin yürütdüyünü vurğulayaraq, Türkiyənin Suriyada sülh və siyasi həll istədiyini bildirdi.

1050012
Mövlud Çavuşoğlu: "Türkiyə Suriyada sülh və siyasi həll istəyir"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu  Pakistanda parlament seçkilərindən sonra İslamabada gedərək həmkarı Şah Mahmud Qüreyşi ilə görüşdü.

Çavuşoğlu görüşdən sonra keçirilən birgə mətbuat konfransında Suriya məsələsinə dair ciddi bəyanatlar verdi.
 
 Türkiyənin Suriya məsələsinin həllində çox səy göstərdiyini ifadə edən Mövlud Çavuşoğlu: "Terror təşkilatları ilə mübarizə məsələsində hamı ilə əməkdaşlığa hazırıq, lakin terror təşkilatı ilə mübarizə pərdəsi altında mülki vətəndaşların, qadın və uşaqların - hər kəsin bu şəkildə öldürülməsi insanı deyil, doğru deyil. Bu şəkildə sülh və əmin-amanlıq gətirə bilmərik" dedi.
 
 Xarici İşlər naziri prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin bazar ertəsi günü İdlib mövzusunda bir görüş keçirəcəklərini bildirdi.
 
Qeyd edək ki,  Ərdoğan və Putin son dəfə  Suriya məsələsi ilə bağlı Tehran sammitində bir araya gəlib, burada İran prezidenti Həsən Ruhani ilə birlikdə üç tərəfli zirvə görüşü və mətbuat konfransı keçiriblər.



Әlaqәli Xәbәrlәr