Әminә Әrdoğan ‘‘Humaniyat Fәaliyyәtә görә Mükafat’’a layiq görülüb
Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğanın xanımı Әminә Әrdoğan ‘‘Humaniyat Fәaliyyәtә görә Mükafat’’a layiq görülüb.
Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğanın xanımı Әminә Әrdoğan ‘‘Humaniyat Fәaliyyәtә görә Mükafat’’a layiq görülüb.
Әminә Әrdoğan Ümumdünya Müsәlman Xeyriyyәçilәri Konqresinin tәşkilatçılığı ilә İngiltәrәnin paytaxtı Londonda keçirilәn Qlobal Donorlar Forumu çәrçivәsindә bu sahәdә göstәrdiyi fәaliyyәtlәrinә görә ‘‘Humaniyat Fәaliyyәtә görә Mükafat’’a layiq görülüb.
London Bәlәdiyyәsinin ev sahibliyindә keçirilәn mәrasimdә çıxış edәn Әminә Әrdoğan Suriyada yaşanan insanlıq faciәsinә diqqәt çәkәrәk: ‘‘Müharibәnin sona çatması üçün birgә mövge nümayiş etdirmәliyik. Bütün dünyanın üzәrinә götürmәyә mәcbur olduğu mәsuliyyәt bir neçә ölkәnin çiyninә yüklәndi’’ deyib.
Әminә Әrdoğan Türkiyənin yalnız qaçqınlara yardım etməklə kifayətlənmədiyini, Afrika ölkələrindən Qəzzaya qədər bir çox ölkәyә yardım əlini uzatdığını qeyd edib.
Türkiyәnin әn çox humanitar yardım edәn ölkә olduğunu xatırladan Әminә Әrdoğan: ‘‘Bu gün mәnә tәqdim edilәn mükafatı bәşәrriyyәtin vicdanı olan әziz millәtim adından alıram. Bu mükafatı almaq mәnim üçün böyük şәrәfdir. Bu mәnalı mükafatın әsas sahibi ayri-seçkilik etmәdәn harda zülm varsa üzünü ora çevirәn dövlәtimdir, millәtimdir’’ deyә vurğulayıb.
Myanmadakı faciәyә dә toxunan Әminә Әrdoğan: ‘‘Myanmada yaşananlar 21-ci әsrin әn böyük insanlıq faciәlәrindәn biridir’’ deyә qeyd edib.